Yeni tədris ilinə necə başlamaq olar? - Avropa təcrübəsi/VİDEO
Pandemiya davam etsə də, Avropa İttifaqı ölkələrində yeni tədris ili başlayıb. Səbəb isə mövcud vəziyyətin keçən ilkindən fərqli olmasıdır. İndi vətəndaşların 70%-i COVID-19 əleyhinə peyvənd edilib.12 yaşdan yuxarı uşaqlar üçün iki növ vaksin tətbiq etməyə icazə verilir. Lakin "Delta" variantının çox yayıl bilməsi və daha yoluxucu ştammın yaranma ehtimalı narahatlıq yaradır. Avropa Təhsil İşçiləri Həmkarlar İttifaqının direktoru Süzan Floken sanitar-epidemioloji vəziyyətin dəyişməsi barədə müəllimləri məlumatlandırıb:
"Məktəblərdə sağlamlıq və təhlükəsizliyin qorunması ilə bağlı yeni tövsiyələr veririk.Müəllimlərə ,valideynlərə və uşaqlara dəqiq və operativ məlumat vermək vacibdir. Bizim təcrübəmiz göstərir ki, belə tədbirləri gecikdirmək olmaz. Elə olurdu ki, cümə və ya bazar günü axşam verdiyimiz qərar bazar ertəsindən qüvvəyə minirdi".
Avropa İttifaqı ölkələrində vaksin ehtiyatı bol olsa da, müəllimlərin hamısı peyvənd olunmamışdı. Lakin Həmkarlar ittifaqı da peyvənd olunmağl məcburi hesab etmirdi.
"Peyvənd həmişə könüllü olmalıdır. Biz onu zorla qəbul etdirməməliyik. Təhsil işçilərinin vaksin olunması isə vacibdir. Bu, böhran vəziyyətində mümkün deyildi. Həmin dövrdə məktəblərdə virusdan qorunmaq üçün şərait yox idi. Biz tələb edirdik ki, müəllimləri prioritet qrupa daxil edək, axı bu xalq peşəsidir".
Avropa İttifaqının məlumatına görə, 18 yaşdan kiçik uşaqların ən azı 12,1% heç olmasa 1 doza vaksin olunmalıdır. Bu göstərici ölkələr üzrə dəyişir
Belçikada yeniyetmələrin 23,6%-dən çoxu ən azı bir doza vaksin alıb. Bolqarıstanda bu göstərici 0,5% - dən çox deyil.
Yazın əvvəlində Avropa Dərman Agentliyi 12 yaşdan yuxarı uşaqlara Pfizer/BioNTech vaksini və Moderna peyvəndinin vurulması barədə qərarı təsdiqlədi. Qısa müddətdə AB ölkələri gəncləri peyvəndləməyə başladı. Tətil müddətində sinif otaqları dezinfeksiya olunub, havalandırma təmin edilib. Bu, bir çox məktəblərin açılmasına kömək edəcək, lakin yeni dərs semestri əvvəlkindən asan olmayacaq.
"Şagirdlərin keçmədiyi dərslər yenidən tədris olunmalıdır ki, əvvəlki səviyyələrinə qayıda bilsinlər.Məktəb proqrammı mövcud vəziyyətə uyğunlaşdırılmalıdır. Müəllimlər şagirdlərin ayrı-ayrı fənlər üzrə bilik çatışmazlığını nəzərə almalıdırlar".
Yeni tədris ili pandemiyanın başlamasından sonrakı dövrə təsadüf edən ikinci tədris ilidir.