azia.az
azia.az

Peyvənd olunmayan müəllim üzbəüz dərs deyə bilərmi? - RƏSMİ AÇIQLAMA

19-08-2021, 16:48


Tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu ərəfədə məktəblərin işləməsi və müəllimlərin hansı formada dərs deyəcəyi barədə hələ də qaranlıq məqamlar var.
Peyvənd olunmayan müəllim üzbəüz dərs deyə bilərmi? - RƏSMİ AÇIQLAMA
Qaranlıq məqamlardan biri də, vaksin olunmayan müəllimlərin dərs deyə biləcəyilə bağlıdır.

Peyvənd olunmayan müəllim üzbəüz dərs deyə bilərmi?

Azia.az xəbər verir ki, Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov məsələyə aydınlıq gətirib.

“İndiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub.

Bu günədək ümumi təhsil müəssisələri işçilərindən təxminən 60 min nəfərdən çoxu vaksin olunmayıb. Onlardan immuniteti olanlar 16.500, bu və ya digər səbəbdən vaksin olunmayanlar isə 42 min nəfərdən çoxdur.

Vaksin olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır.

İnanırıq ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında vaksinləşmə faizi daha da yüksələcək”, - deyə Cəsarət Valehov bildirib.BAKU.WS


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi