azia.az
azia.az

AMEA Şəki Regional Elmi Mərkəzindən kitablar daxil olub

12-10-2020, 13:55

AMEA Şəki Regional Elmi Mərkəzindən kitablar daxil olub

Azia.Az xəbər verir ki, Ölkədə aparılan uğurlu siyasət bütün sahələrdə olduğu kimi, kitabxana işinin təşkilinə də müsbət təsirini göstərib, uğurlu nailiyyətlər əldə olunub. Kitab fondlarının zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Məhz bu baxımdan, Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) kitablar təqdim edilib. 69 adda daxil olan siyahıda Mərkəzin əməkdaşlarının elmi əsərləri, həmçinin regionun qabaqcıl şair və yazıçılarının nəşrlərinin yer aldığı 236 ədəd kitab təqdim edilib. Qədim, orta əsrlər Şəkinin tarixi, arxitekturası, ədəbiyyatı, flora və faunası, incəsənətini əks etdirən ədəbiyyat siyahısına müasir Şəkinin həqiqətlərini əks etdirən materiallar da daxildir.

Qeyd edək ki, təqdim edilən elmi nəşrlər beynəlxalq biblioqrafik standartalara uyğun işlənilərək, məlumat bazasında yerləşdirilib və sərgisi təşkil edilib. Sərginin interaktiv təqdimatı da nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi