azia.az
azia.az

Mərkəzi Elmi Kitabxana fevral ayı ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib

1-03-2019, 16:00

Mərkəzi Elmi Kitabxana fevral ayı ərzində kitabxanaya daxil olan  sənədlərin təqdimatını keçirib

Mərkəzi Elmi Kitabxana fevral ayı ərzində kitabxanaya daxil olan  sənədlərin təqdimatını keçirib

Azia.az-a verilən məlumata görə: AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) fevral ayı ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib.

Kitabxanada hər həftə kitab müəlliflərinin və mütəxəssislərin iştirakı ilə təşkil edilən ənənəvi təqdimat mərasimlərinin əhəmiyyətinə toxunan MEK-in direktoru Leyla İmanova qeyd edib ki, məqsəd ölkənin elmi-ədəbi həyatındakı yenilikləri təbliğ etmək, əhəmiyyətli kitab nəşrlərini ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Daha sonra fevral ayı ərzində kitabxanaya daxil olan sənədləri MEK-in Fondların formalaşdırılması bölməsinin əməkdaşı Qönçə Cəlilova təqdim edib. O, ay ərzində kitabxanaya daxil olan pulsuz məcburi nüsxə, hədiyyə, abunə, satınalma və beynəlxalq kitab mübadiləsi yolu ilə - kitab, jurnal, elektron resurs, dissertasiya və avtoreferatlar haqqında ümumi məlumat verib. Təqdimatçı MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) haqqında iştirakçıları məlumatlandırıb. Bildirib ki, layihənin məqsədi Azərbaycanın mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə bütün məlumatları bir araya toplamaq, arxivləşdirmək, sistemləşdirmək, rəqəmsallaşdırmaq və dünya oxucusu üçün əlçatan etməkdir. Bundan əlavə bildirilib ki, Ədalət Tahirzadənin həmmüəllif olduğu "Azərbaycan Cümhuriyyəti (1918-1920). Qısa tarixi oçerk", Əli Şamilin “Dissident sorağında”, Sevinc Qasımovanın “Azərbaycanda Novruz ənənə və inancları”, “XX əsr Qazax aşıq mühiti” kitabları da daxil olan yeni nəşrlər sırasındadır.

Tədbirdə professor Ədalət Tahirzadə, tarix üzrə elmlər doktoru, professor Zabil Bayramlı, folklorşünas, publisist, AMEA Folklor İnstitutunun bölmə rəhbəri Əli Şamil, filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun əməkdaşı Sevinc Qasımova MEK tərəfindən təşkil edilən belə təqdimatların müstəsna əhəmiyyət daşıdığını bildirib, eləcə də yeni kitabların elektron kataloqda əksini tapmasını əhəmiyyətli hadisə adlandıraraq Mərkəzi Elmi Kitabxananın fəaliyyətini yüksək qiymətləndiriblər. Sonda əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparılıb. Ə.Tahirzadə şəxsi arxivini (şəkillər, kitablar, jurnallar), əlində olan elektron materialları, Əli Şamil isə türk xalqlarının alimlərinin əsərlərinin elektron variantını, İran, Cənubi Koreya, Qazaxıstan, Rusiya və digər ölkələrdən mühüm mənbələri MEK-ə hədiyyə edəcəklərini vurğulayıblar.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi