azia.az
azia.az

Mərkəzi Elmi Kitabxananın Nadir fondunun elektron reyestrinə yeni kitablar daxil edilir

8-11-2018, 14:31

Azərbaycan Respublikasının kitabxanaları arasında ən qədim 20 kitab AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Nadir kitab fondunda mühafizə olunur. Bunlardan nəşr tarixinə görə 1508-ci ildə Leonardo Bruni tərəfindən qədim latın dilində çap olunmuş “Oeconomicorum Aristotelis libellı co mentariıs Leonardi Aretini” kitabı seçilir. Kitab cəmiyyətdə insanlar arasında müxtəlif münasibətlərdən, etik normalardan və mənəviyyatdan bəhs edir.
“Kitab abidələri” siyahısına ən böyük ölçülərə malik Edward Stebbing-in “The holy carpet of the mosque at Ardebil” (1893) kitabı, üz qabığı firuzə qaşlarla bəzədilmiş “Aegypten in bild und wort” (1879), Karl Stieler, Woldemar Kaden və Eduard Paulus-un vərəqlərinin kənarları qızıl suyu ilə işlənilmiş “İtalien: eine Wanderung von den Alpen bis zum Aetna” (1880), Платон Зубов-un “Карабахский астролог, или основание крепости Шуши в 1752 году” (1834), “Кавказ и его горские жители” (1846), “Монеты Восточного Халифата” (1873), Моисей Каланкатуйский-ə məxsus “История агван” (1861), “История ислама с основания до новейших времён” (1895), “Статьи из энциклопедии, принадлежащие Турции: содержащий статьи светские, то есть придворные, военные и гражданские” (1769) və digər qədim nəşrlər daxil edilib.
Qeyd edək ki, MEK-in Nadir fondunun elektron reyestrinə “Kitab abidələri” meyarlarına cavab verən yeni kitablar daxil edilir.

AMEA Mərkəzi Elmi Kitabxana
Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi