azia.az
azia.az

TQDK-dan keçmiş işçisi barədə səslənən iddialara münasibət

3-02-2016, 16:08

TQDK-dan keçmiş işçisi barədə səslənən iddialara münasibət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadənin işdən çıxarılmasının səbəbi onun 150 min dollarlıq dələduzluqda ittiham edilməsi barədə səslənən iddialarla bağlı olmayıb. Bu barədə TQDK-dan məlumat verilib.
Komissiyadan deyilib ki, E.Nağızadə ailə vəziyyətinə görə öz ərizəsi ilə işdən azad edilib.
TQDK-dan bildiriblər ki, ötən il dekabrın ortalarında müqaviləsinə xitam verilən E.Nağızadənin işlədiyi dövr ərzində dələduzluq etməsi ilə bağlı hər hansı quruma şikayət də daxil olmayıb: “Elnur Nağızadə barəsində səslənən iddiaları hüquq-mühafizə orqanları araşdırmalıdır”.
Qeyd edək ki, E.Nağızadənin dələzduzluq etməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilir ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov şikayət ərizələrində 2015-ci ilin avqust ayında E.Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi