azia.az
azia.az

Cəbrayıl təhsilsistemi Bakı məktəblərinin "şagird biznesi"nə xidmət edir... - İTTİHAM

1-06-2019, 15:44


Məlum olduğu kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində qaçqın və məcburi köçkünlərin sosial problemləri daim diqqət mərkəzində saxlanılır və bu sahədə ölkə başçısının müəyyən etdiyi kurs dayanmadan davam etdirilir. Rəsmi statistikaya görə qaçqın və məcburi köçkünlər üçün son 12 ildə respublikanın 30-dan çox şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bu yaşayış məntəqələrində 150 ümumtəhsil, 7 musiqi və incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 50 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi və 2 olimpiya idman kompleksi tikilib. İndiyədək 49 min qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu həqiqətən də sevindirici bir statistik rəqəmdir. Amma gəlin görək dövlətin gördüyü bu kimi böyük işlərin müqabilində yerli icra orqanları öhdələrinə düşən işləri layiqincə görə bilirlərmi?

Respublikanın müxtəlif bölgələrinə səpələnmiş qaçqın və məcburi köçkunlərin problemlərinin həlli sözün həqiqi mənasında fədakarlıq tələb edir. Amma Cəbrayıl rayonundan qaçqın düşmüş sakınlərinin problemlərinin həlli ilə bağlı biraz fərqli məlumatlar yayaılmaqdadır. Qeyd edək ki, digər işğal olunmuş rayonların əhalisi kimi, Cəbrayıl rayonu da ermənilər tərəfindən işğal olunduqdan sonra sakinlər bir çoxn bölgələrdə məskunlaşmalı olublar.Məcburi köçkün həyatı, yurd həsrəti çəkən bu insanların böyük əksəriyyəti sosial-iqtisadi problemlər içində boğulur. Dövrü mətbuatda və elektron kütləvi informasiya vasitələrində isə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun barəsində yazılmasa da, redaksiyamıza verilən məlumatlara görə sakinlər arasında artıq narazılıq çoxdur. Vaxtı ilə bank sektorunda çalışmış və 2016-cı ildən Cəbrayılın icra başçısı təyin edilib. Məlumatlara görə bu müddət ərzində Kamal Həsənov sakinlərlə çox az sayda görüşlər keçirib. Amma əhalinin illərlə yığılıb qalan problemləri də durmadan artır. Bununla yanaşı icra başçısı artıq cəbrayıllıları yeni bir problemlə də üz-üzə qoyub. Bu da bu yaxınlarda Kamal Həsənovun təqdimatı ilə Cəbrayıl rayon Təhsil Şöbəsinə müdir təyin edilmiş Zamiq Qurbanov problemidir.
Məlumat üçün bildirmək istərdik ki, işğal ilə əlaqədar rayonun təhsil ocaqları Bakı və Sumqayıt şəhərlərində, habelə Biləsuvar, Sabirabad və Abşeron rayonlarında yerləşməyə məcbur olublar. Rayon üzrə məktəblərin 39 tam orta məktəbin 13-ü Bakı şəhərində, 4-ü Sumqayıtda, 10-u Biləsuvarda 3-ü Sabirabad və Beyləqan, Hacıqabul, Saatlı, Abşeron rayonundadır. Hər tərəfə səpələnmiş bu məktəblərin idarə olunması təbii ki çox çətin məsələdir. Hər an müxtəlif yerlərdə yerləşən məktəblərə baş çəkmək, müəllim və şagirdlərin problemləri ilə maraqlanmaq məsuliyyət tələb edir.

Lakin təhsil şöbəsinin müdiri Zamiq Qurbanovun bu vəzifəyə gəlişi heç bir il olmasa da, əvvəlki rəhbərlərin fəaliyyətindən heç fərqlənmir. Məlumatlara görə artıq Zamiq Qurbanov da əvvəlki müdirlər kimi qeyri-qanuni əmək haqlarının yazılmasına, məktəbdənkənar müəssisələrdə əlavə qrupların yaradılmasına, ödəniş dərəcələrinin düzgün müəyyən edilməməsinə, siniflərdə qəsdən komplektləşmə aparılmaması və digər bu kimi hallar yanaşı, təhsilə ayrılmış vəsaitlərin də silinməsi barədə neqativ hallara rəvac verməkdədir. Məlumata görə Zamiq Qurbanov direktorlarla birgə təhsil müəssisələrində əslində keçirilməmiş dərs saatlarına görə əmək haqqlarının hesablanması və digər üsulların tətbiqi ilə dövlət vəsatlərinin mənimsənilməsinə artıq start verib. İxtisas müəllimləri olmadığı təqdirdə, daha doğrusu, məktəbdə kadr çatışmazlığı olduğu halda, müəllimlər yerdə qalan dərsləri əvəzləyə bilərlər. Buna görə müəllimə əlavə əmək yazılır. Zamiq Qurbanov isə direktorlara qeyri rəsmi verdiyi göstərişdən sonra həmin dərsləri müəllimlər əvəz etsələr də, buna görə ayrılmış məvacibləri ala bilmirlər. Səbəb isə təbii ki bəlldir.

Respublikanın hər yerində olduğu kimi repetitor problemi Cəbrayıl məktəblərində də mövcüddur. Amma burada bir az fərqlidir.Məlumata görə paytaxt Bakıda övladlarını ali təhsil müəssisələrinə hazırlaşdıran valideynlər onların adlarını “nəzarətdən uzaq” Cəbrayıl rayon məktəblərinə yazdırır,özləri isə ya kurslara,ya da repetitor yanına gedirlər. Rayon məktəblərində şagirdlərin dərsə davanmiyyəti barədə isə danışmağa heç dəyməz. Sadəcə qəflətən hər hansı bir Cəbrayıl məktəbinə baş çəkmək kifayətdir .

Qeyd etdiyimiz kimi kütləvi informasiya vasitələrində rayonun təhsil müəssisələrində pedaqoji işi bilməyən kadrlara yer verilməsi barədə əvvəlki müdirlərin əməlləri barədə də kifayət qədər yazılıb. Məlumatlara görə əmək fəaliyyətinə psixoloq kimi başlamış Zamiq Qurbanovun pedaqoji təcrübəsi az olsa da,direktorlarla dil tapmaq bacarığı kifayət qədərdir.
Deyəsən, Zamiq Qurbanov da əvvəlkilərin yolunun layiqli davamçısı olmağa həvəslidir. Amma çox tez həvəslənib.
Aktualinfo.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi