azia.az
azia.az

Məcburi köçkün tələbələrə güzəşt ləğv edilməyib - RƏSMİ

16-05-2017, 11:16

Məcburi köçkün tələbələrə güzəşt ləğv edilməyib - RƏSMİ


Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər təhsillərini ödənişsiz davam etdirəcəklər.

Bu haqda Modern.az-ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib. O qeyd edib ki, bir sıra KİV-lərdə məcburi köçkün tələbələrin təhsil haqqından azad olunmasının ləğvi barədə yazılanlar həqiqətə uyğun deyil:

"Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər ölkə prezidentinin sərəncamı ilə ödənişdən azad olunub. Bu səbəbdən də dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün tələbələr təhsil haqqını ödəməkdən azaddırlar. Bu barədə bəzi saytlarda yazılanlanlar yalanadır”.

Bakı Post


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi