azia.az
azia.az

“25 min dollara gəlmişik” – Şəbnəm toy qiymətini gizlətmədi

11-06-2021, 21:57


“Bizim Azərbaycandan kənarda tələbatlı olan müğənnilərimiz barmaqla sayılacaq qədərdir. Mən şadam ki, onlardan biri də mənəm. Hazırda Maqadandayam. Həmkarım Vasif Əzimovla gəlmişəm. Əslində razılaşmaq istəmirdik, ev sahibi çox israra etdi”.
“25 min dollara gəlmişik” – Şəbnəm toy qiymətini gizlətmədi
Bu sözləri müğənni Şəbnəm Tovuzlu musavat.com-a açıqlamasında deyib. Müğənni Maqadandadakı toydan alacağı qonorarı gizlətməyib:

“Vasif və ansamblımız 8 saat yol gəldik. Dünyanın bu biri başıdır, çox gözəl yerdir. Ev sahibi bizi qane edən məbləğ təklif etdi. Buradakı toydan 25 min dollar qazanacağıq”.

Sənətçi müğənnilərin toy qiymətlərinin müzakirə olunmasına da münasibət bildirib:

“Bəzən deyirlər ki, bizim müğənnilər toylara çox ucuz qiymətə gedir. Bunu tənqid edirlər. İndi pandemiyadır, hər kəs ailəsini dolandırmağa çalışır. Ucuz toya gedən müğənnini aşağılamaq lazım deyil. Mənə görə bunlar lazımsız söhbətlərdir”.

Ş.Tovuzlu bildirib ki, yay ayları üçün yeni mahnı hazırlayır: “Sevənlərim daim məni diqqətdə saxlayıb, mahnılarımı sevərək dinləyir. Mən də yay üçün gözəl mahnı hazırlamışam, hit olacağına inanıram. Hətta Kapadokiyada da klip çəkdirəcəyik. Maraqlı iş alınacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi