Qarabağ Qazisi İcabari Tibbi Sığortadan Baş Prokurora Şikayət etdi – "Mən guya özəl xəstəxanada əməliyyat olunmuşam"
Prezidentə şikayət edən Qarabağ Qazisinə əməliyyat olunmaya -olunmaya İcabari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən cavab veriblər ki, Siz Gəncə Beynəlxalq Xəsətəxansında əməliyyat olunubsunuz”. Azia.az xəbər verir ki, bu sözləri Dünyanınsəsi.Az saytına Gəncə şəhər sakini Muradov Rəşid Həmzə oğlu tərəfindən göndərmiş olduğu videoşikayətdə qeyd edilir.
Belə ki, Qarabağ Qazisi əməliyyat olunması üçün “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin (PHŞ) direktoru Nazim Əhmədova müraciət edərək bildirib ki, ayaqalarında çoxlu sayda güllə qəlpələri olduğundan yeriyə bilmir , təcili əməlliyat edilməldir. Direktor N. Əhmədovda Qaziyə söz verib ki, sizi növbəyə yazıb İcabari Tibbi Sığortadan göndəriş alıb əməliyyat etdirəcəm.Gəncəli Qazi 6 ay gözlməsinə baxmayaraq səhhətində yaranmış ağırlaşma ilə bağlı ailə üzvüləri ölkə başçısı ilham Əliyev cənablarına müraciət edirlər.Qazinin şikayəti qoşma məktubu ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndəriblər. Agentlik isə qazi ailəsinə bildirib ki, nə şikayət edirsiniz ötən ay sizi Gəncə beynəlxalq Xəsətəxanasında əməliyyat etdirmişik.
Redaksiyamıza videoşikayət göndərən Qazi bildirir ki, nə Gəncə Beynəlxalq Xəstəxanasında nə də ki, digər Ərazi tibb müəsissələrində əməliyyat olunmamışam.Hazırda bütün qəlpələr bədənimdədir.
Bu olay öz-özlüyandə qaranlıq məqamlardan xəbər verir. Belə qənatə gəlmək olar ki, tibb müəsissələri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əl-ələ verərək dövlət büdcəsini talayırlar???
Mətbuat vasitəsi ilə Gəncəli Qazi Baş prokurorluqdan səsləndirdiyi faktların araşdırılmasını xahiş edir.
Səsləndirilən İddia ilə bağlı “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin direktoru Nazim Əhmədovun , eləcə də əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdə məsul olan TƏBİB-in mövqeyini dərc edə bilərik.
Qarabağ Qazisinin Videoşikayətini təqdim edirik: