azia.az
azia.az

“Nə olacaq, kasıba olacaq...”- İqtisadçıdan xəbərdarlıq

14-03-2022, 08:03

“Nə olacaq, kasıba olacaq...”- İqtisadçıdan xəbərdarlıq
Çikaqo Universitetinin professoru Konstantin Soninə görə, "ərzaqdan başqa heç nə almayan"lar ciddi problem yaşaya bilər
Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarının yarısı sanksiyalara görə dondurulub. Bu barədə "Moskva. Kreml. Putin" proqramına Rusiyanın maliyyə naziri Anton Siluanov deyib. "Bu, ölkə ehtiyatlarının təxminən yarısıdır. Ümumilikdə 640 milyard dollara yaxın ehtiyatımız var, 300 milyarda yaxın ehtiyat indi elə vəziyyətdədir ki, biz onlardan istifadə edə bilmirik".

Siluanovun sözlərinə görə, Rusiyanın valyuta ehtiyatlarının bir hissəsi Çin valyutasında saxlanılır, lakin Qərb ölkələri Çinə onunla ticarəti məhdudlaşdırmaq üçün təzyiq göstərir.

Nazir deyib ki, Rusiya qızıl-valyuta ehtiyatlarına qoyulmuş sanksiya götürülənə qədər Rusiyaya dost olmayan və bu cür məhdudiyyətlər tətbiq edən ölkələrə dövlət borcu rublla ödənəcək: "Biz dövlət öhdəliklərini yerinə yetirməkdən imtina etməyəcəyik, amma qızıl-valyuta ehtiyatlarımız dondurulduğu üçün borcumuzu rublla ödəmək tamamilə ədalətlidir".
“Nə olacaq, kasıba olacaq...”- İqtisadçıdan xəbərdarlıq
Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva isə Rusiyaya tətbiq edilən sanksiyalara görə defoltu mümkün hesab etdiyini deyib. O deyib ki, Rusiyaya qarşı tətbiq edilən görünməmiş sanksiyalar ölkəni tənəzzülə sürükləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, əgər süni şəkildə yaradılmasa, Rusiyada defolt üçün heç bir şərait yoxdur. O, Rusiyanın maliyyə idarələrinin rəhbərlərinin rublla bütün xarici borcları ödəmək üçün hazır olduqları barədə bəyanatlarını xatırladıb. Peskovun sözlərinə görə, süni təhriklər olmasa, defolt üçün heç bir şərait yoxdur.
“Nə olacaq, kasıba olacaq...”- İqtisadçıdan xəbərdarlıq
Azia.az musavat.com-a istinadən bildirir ki, Rusiyaya tətbiq edilən sanksiyalar və bunun nəticəsində yaranmış iqtisadi böhran əhalinin ən yoxsul təbəqəsini vuracaq. Bu barədə isə Çikaqo Universitetinin professoru, iqtisadçı Konstantin Sonin deyib. Onun sözlərinə görə, varlıların həbs edilmiş və ya dondurulmuş var-dövlətinin geri qayıtmaq şansı çox azdır. Amma yeni nəsil bundan sonra nəticə çıxaracaq, Rusiyada daşınmaz əmlak alacaqlar. Bu əmlaklar indi çox ucuzlaşsa da, nə vaxtsa yenidən bahalaşmağa başlayacaq. "Nazirlərə, bizneslə məşğul olan bir sıra deputatlara, dövlət korporasiyalarının rəhbərlərinə, xüsusən də şəxsi sanksiyalara məruz qalanlara yazığı gəlmək olar",-deyə iqtisadçı qeyd edir.
O qeyd edib ki, orta təbəqənin itkilər də böyükdür, biznesləri, qeyri-kommersiya firmaları əldə çıxıb. Lakin belə insanların xaricdə yaxşı iş tapma ehtimalı daha yüksəkdir.

"Ən pisi, əlbəttə ki, Rusiyada 60% və ya daha çox olan kasıblar üçün olacaq. Mahiyyətcə, onların əmanətləri yoxdur və gəlirlərinin böyük hissəsi yeməyə sərf olunur. Belə hərtərəfli böhran zamanı isə ərzaq bahalaşır və bu da ərzaqdan başqa heç nə almayan yoxsullar üçün ciddi problem yarada bilər",- deyə o bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi