Yaponiya Putin, Lavrov və Şoyquya sanksiya tətbiq etdi
Yaponiya Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar hökumətin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təfərrüatlarını açıqlayıb. Ucnoqta.az xarici mətbuata istinadla xəbər verir ki, ölkə rəhbərliyinin altı nümayəndəsi, xüsusən də prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu şəxsi sanksiyalara məruz qalıb. Bundan başqa, sanksiyalar Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə də şamil edilir.