azia.az
azia.az

"Yoluxma iki-üç dəfə də artacaq" - Komitə sədri: "Bəzi sahələrdə məhdudiyyətlər tətbiq oluna bilər"

27-01-2022, 19:32

"Yoluxma iki-üç dəfə də artacaq" - Komitə sədri: "Bəzi sahələrdə məhdudiyyətlər tətbiq oluna bilər"
Azərbaycanda koronavirusun “Omikron” ştamı sürətlə yayılmağa başlayıb. Belə ki, Kliniki Tibbi Mərkəzin məlumatına görə, bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü vəfat edib.

Maraqlıdır, virusun yeni ştamının sürətlə yayılması yeni qapanmalara gətirib çxıara bilərmi? Azərbaycanda yenidən sərt karanatin rejimi tətbiq ediləcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin Sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev cavablandırdı. O bildirdi ki, qapanmanın olub-olmayacağını indidən demək olmaz:

““Omikron” ştamı dünyada və eyni zamanda Azərbaycanda sürətlə yayılır. Yanvarın ikinci yarısından başlayaraq biz bu artımı müşahidə edirik. Gündəlik yoluxma 3 mini keçib. Hesab edirəm ki, bu göstərici iki-üç dəfə də artacaq. Çünki bu ştam sürətlə yayılan və yoluxuculuğu yüksək olan bir virusdur. Amma simptomları nisbətən yüngül keçir və kliniki gedişi əvvəlki ştamlara, xüsusən “delta” ştamına nəzərən daha yüngüldür. Amma bu sürətli yoluxma heç şübhəsiz iqtsiadiyyat, sosial həyatımıza, səhiyyə yükünün artmasına mənfi təsir edir. Qapanmanın olub-olmayacağını indidən demək olmaz, amma bunun olmasını arzu etmirik. Təcrbüə göstərir ki, qapanmaların sonrakı fəsadları da az deyil. Hazırda “omikron”la bağlı bəzi Avropa ölkələrində müəyyən məhdudiyətlər tətbiq olunur. Lakin Azərbaycanda yaxın bir həftə və ya on gün ərzində olan proqnozlar bunu göstərəcək”.

Deputat bildirib ki, bəzi sahələrdə məhdudiyyətlər tətbiq oluna bilər.

“Qapanmanın olmasından daha çox profilaktik addımların daha geniş atılması maraqlandırır və narahat edir. Ötən ilin ikinci yarısında vaksinasiya ilə bağlı bəzi məhdudiyyətlər qoyuldu. Vaksin sertifikatı olmayan şəxslərə bəzi qadağalar tətbiq edildi. Həmin dövrdə poliklinikalarda vaksinlə bağlı ciddi sıxlıqlar yarandı. Nazirlər Kabinetinin yeni qərarına görə fevralın 15-dən artıq vaksin sertifikatı etibarsız sayılacaq və “buster” doza olması tələb olunacaq. Hesab edirəm ki, vətəndaşlara “buster” dozanın vurulması prosesini genişləndirməliyik. Kifayət qədər vaksinimiz var. Maska və sosial məsafə rejimi, dezinfeskiya bizim gündəlik həyat tərzimizə çevrilməlidir. Diaqnostikanı daha da genişləndirmək üçün vətəndaşlar fəal şəkildə testdən keçməlidir. Bəzi yerlərdə, xüsusilə rayon yerlərində bu xəstəlik adi qrip və soyuqdəymə xəstəlikləri kimi dəyərləndirilir. Bu da ağırlaşmalara gətirib çıxara bilir. İstənilən halda çalışmalıyıq ki, sürətli yayılma və kütləvi yoluxma hallarına imkan verməyək. Əgər yoluxmalar belə kütləvi şəkildə olarsa, bəzi istehsalat və xidmət sahələrində məhdudiyyətlər tətbiq oluna bilər. Bütövlükdə ölkə üzrə qapanmalara ehtiyac olduğunu düşünmürəm. Təcrübə göstərdi ki, qapanmalar effekt vermir. Görülən tədbirlər və atılan addımlar yaxın bir ay ərzində pandemiyanın yavaş-yavaş sönməsinə imkan yarada bilər”, - deyə Musa Quliyev bildirdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi