azia.az
azia.az

İTV-nin efirində 8 min manat udan Yusif və Emil saxlanıldı - RƏSMİ

Dünən, 22:05

İnsanları BƏƏ, Kanada və Avropa ölkələrində işə düzəltmək adı altında dələduzluq edərək aldadan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində insanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayev saxlanılıblar. 

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində ofis icarəyə götürərək xaricdə iş elanları verməyə başlayıblar. Onlar zərərçəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini verərək aldadıblar. Y.Abdullayev və E.Malayev bu yolla 20-dən çox zərərçəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçiriblər.

Faktlarla bağlı Nəsimi RPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Manset.az-ın əldə etdiyi məlumata görə, saxlanılan Yusif Abdullayev ötən həftə İctimai Televiziyanın efirində "Milyonların şousu" verilişinə qatılmış və 8 min manat udmuşdur. 


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi