Ramiz Mehdiyevin nəvəsi Hikmət Əliyev 90-AA-500 nömrəli 630 min manat dəyərində avtomobil idarə edir
Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb olunan sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsi Hikmət Əliyevlə bağlı maraqlı faktlar məlum olub.
Azia.az "Unikal"a istinadən xəbər verir ki, Ramiz Mehdiyevin nəvəsi Hikmət Əliyev Dubayda böyük biznes şəbəkəsinə sahibdir. Onun işlərini Ülviyyə İbrahimova adlı qadın idarə edir.
Qeyd edək ki, Hikmət Əliyev 90-AA-500 dövlət qeydiyyat nişanlı, 630 min manat dəyərində olan "Lamborghini Urus" markalı avtomobil idarə edir.
Oxu24.com bundan öncə R.Mehdiyevin qayınanasının qəbri ilə bağlı şok effekti yaradan məlumat yaymışdı.