azia.az
azia.az

Azərbaycan Gömrük Xidməti ÜGT-nın Siyasi Komissiyasına üzv seçildi

17-07-2016, 15:34

Azərbaycan Gömrük Xidməti ÜGT-nın Siyasi Komissiyasına üzv seçildi İyulun 14-dən 16-dək Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 127/128-ci sessiyası keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, tədbirdə komitəsinin nümayəndəsi də iştirak edib.

İyulun 16-da bir sıra ikitərəfli sazişlərin imzalanması ilə davam edən sessiyada daha sonra seçkilər keçirilib. İlk olaraq ÜGT Siyasi Komissiyasına, Maliyyə və Audit komitələrinə namizədlər təsdiqlənib, Azərbaycan Respublikasının Gömrük Xidməti Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasına üzv seçilib.

Xatırladaq ki, Gömrük Xidməti ilk dəfə 2000-ci ildə Ümumdünya Gömrük Təşkilatının bu ali qurumuna üzv seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi