DİN: "Emin Şəkinskinin yerinə təyinat olmayıb"
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyinat olmayıb.
DİN-in mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bəzi KİV-də Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılovun nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi barədə olan xəbər həqiqəti əks elətdirmir. Əkbər İsmayılov hal-hazırda Sumqayıt şəhər Polis İdarəsinin rəisidir və vəzifəsini icra edir.
Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.
Lent.az-ın Report-a istinadən xəbərinə görə, polis polkovniki Əkbər İsmayılov Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Ə. İsmayılov bu təyinata qədər Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, DİN-in Baş Cinayət Axtarış İdarəsinin əvvəlki rəisi polis general-mayoru Emin Şəkinski olub. O, keçən həftə vəzifəsindən azad edilərək DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.