azia.az
azia.az

DYP-nin rəis müavini işdən çıxarıldı

1-06-2016, 05:29

DYP-nin rəis müavini işdən çıxarıldı Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Ramiz Hüseynovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, Ramiz Hüseynov yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Lent.az avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. Ramiz Hüseynovun yerinə polkovnik Elşən Kazımov təyin edilib. O, indiyə qədər Baş İdarənin qərargah rəisi vəzifəsini tutub.
Qeyd edək ki, Ramiz Hüseynov uzun illərdir DYP sistemində çalışıb. Yol hərəkəti təhlükəsizliyi və sürücülərin inzibati məsuliyyəti ilə bağlı qanunların işlənib hazırlanmasında rolu olub. DYP ilə bağlı qanunların qəbulunda yaxından iştirak edib, Milli Məclisin iclaslarında deputatların suallarını cavablandırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi