azia.az
azia.az

"Azərişıq" Qəbələdə yeni elektrik şəbəkəsi istifadəyə verdi

20-05-2016, 18:40

"Azərişıq" Qəbələdə yeni elektrik şəbəkəsi istifadəyə verdi Qəbələ şəhərində “Azərişıq” ASC-nin daxili vəsaiti hesabına yeni inşa edilmiş 35/10 KV-luq 2X10MVA “Qəbələ” yarımstansiyası, Şimal-Qərb RETSİ-nin Elektrik Şəbəkəsi və Qəbələ Elektrik Şəbəkəsinin ofis binası istifadəyə verilib.

ASC-dən Lent.az-a verilən məlumata görə, binaların açılış mərasimində iştirak edən “Azərişıq” ASC-nin rəhbər şəxsləri son illər ölkəmizin hər yerində elektrik enerjisi təchizatı sisteminin yenidən qurulduğunu, yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı istiqamətində məqsədyönlü işlər görüldüyünü qeyd edib.

Məlumat verilib ki, yeni tikilən bu yarımstansiya Qəbələ şəhərinin elektrik enerjisi ilə dayanıqlığını tam təmin edəcək. Yarımstansiya müasir elektrik avadanlıqları ilə təchiz edilib. Qapalı şəraitdə fəaliyyət göstərəcək yarımstansiyada bütün təhlükəsizlik tədbiləri üçün hər cür şərait yaradılıb. 35 KV-luq “Qəbələ” yarımstansiyası SCADA sisteminə qoşulub.

Bundan əlavə Qəbələ, Şəki, Oğuz, Balakən, Zaqatala, Qax, İsmayıllı və Şamaxı rayonlarının elektrik şəbəkələrini əhatə edən Şimal-Qərb RETSİ-nin Elektrik Şəbəkəsi və Qəbələ Elektrik Şəbəkəsi əməkdaşlarının səmərəli iş fəaliyyəti üçün iki mərtəbəli ofis binasında hər cür şərait yaradılıb, xidmətlər energetika sahəsinin avadanlıqları ilə yanaşı, kompyuter texnikası və internetlə təmin olunub. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq binada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün otaqlar yaradılıb. İş otaqları ilə yanaşı binada yemək və istirahət otaqları da təşkil edilib. Şimal-Qərb RETSİ-nin Elektrik Şəbəkəsi və Qəbələ Elektrik Şəbəkəsinin nəqliyyat təsərrüfatı da yenidən qurulub, yeni inzibati binanın həyətində avtomobillərin təmiri üçün şərait yaradılıb. Binanın ətrafında abadlıq işləri görülüb, yaşıllıq zolağı salınaraq dekarativ ağaclar əkilib.

Hazırda “Azərişıq” ASC tərəfindən regionlardakı elektrik şəbəkələrində yenidənqurma işləri davam etdirilir, yeni inzibati binalar inşa edilir. 2016-cı il ərzində daha 20-ə yaxın rayonda abonentlərə xidmət göstərən bu cür yeni və müasir ofislər tikilərək istifadəyə veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi