azia.az
azia.az

Bəzi dövlət qurumlarının üst-üstə 1,5 mln. manatdan artıq kommunal BORCU VAR

22-02-2016, 17:42

Bəzi dövlət qurumlarının üst-üstə 1,5 mln. manatdan artıq kommunal BORCU VAR 2015-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1823,3 mln. kVt/saat elektrik enerjisindən, 231,3 min Q/kalori istilik enerjisindən, 146,3 mln. kubmetr təbii qazdan istifadə edilib.
2014-cü illə müqayisədə istifadə səviyyəsi təbii qaz üzrə 11,3% artıb, istilik enerjisi üzrə 3,5%, elektrik enerjisi üzrə 2,4% azalıb.
Büdcə təşkilatları tərəfindən 2015-ci ildə istehlak edilmiş 109,4 mln. manatlıq elektrik enerjisinin 808,0 min manatı, 14,6 mln. manatlıq təbii qazın 622,1 min manatı, 6,3 mln. manatlıq istilik enerjisinin 97,0 min manatı ödənilməyib. Başqa sözlə, dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar istehlak etdiyi enerji, təbii qaz və istilik enerjisi üzrə 1,5 mln. manatlıq borcunu ödəməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi