azia.az
azia.az

“Heydər zirvəsi”nə kütləvi yürüşlər davam edir

7-05-2016, 17:39

“Heydər zirvəsi”nə kütləvi yürüşlər davam edir Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar “Heydər zirvəsi”nə kütləvi yürüşlər davam edir.

Hava və Ekstremal İdman Növləri Federasiyasından Lent.az-a verilən məlumata görə, respublikanın müxtəlif bölgələrindən, nazirlik, müəssisə, idarə və təşkilatlardan çoxlu sayda ziyarətçilər bu aksiyada iştirak edir.
Qeyd edək ki, son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artıb və bu kütləvi yürüş ənənəsi “Heydər zirvəsi”ni xalqın ziyarətgahına çevirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə dünəndən etibarən ayrı-ayrı mütəşəkkil qruplarla “Heydər zirvəsi”nə doğru yürüşə başlayıb.

Nəzərinizə çatdıraq ki, yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Hava və Ekstremal İdman Növləri Federasiyası rəhbərlik edir.

Xatırladaq ki, “Heydər zirvəsi”nə təşkil olunmuş və müəyyən edilmiş qrafik üzrə mütəmadi qaydada may ayının 10-dək davam edəcək kütləvi yürüşün iştirakçıları ETSN-nin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi