azia.az
azia.az

Brusellyoza qarşı kütləvi peyvəndləmə aparılacaq

2-05-2016, 18:54

Brusellyoza qarşı kütləvi peyvəndləmə aparılacaq Brusellyoz xəstəliyinin ölkə üzrə səviyyəsi ehtiyatlı olmağı tələb edir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, heyvanlar arasında brusellyoz xəstəliyin yoluxma səviyyəsini yoxlamaq üçün 92 min iri və xırdabuynuzlu heyvandan qan nümunəsi götürülüb.
Məlumatda bildirilib ki, təsadüfi seçim üsulu ilə aparılan yoxlamalar xəstəliyin yayılma səviyyəsini (rayonlar, kəndlər, qışlaqlar, heyvan növləri və yaş qrupları üzrə) təyin edib: “Toplanan bütün məlumatlar xüsusi elektron məlumat bazasına yüklənib. Qan nümunələrinin serumları 5 il müddətində mənfi 20 C temperaturda saxlanılacaq, ki, bu da Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) bu və digər xəstəlikləri təhlil etməyə imkan yaradacaq. Brusellyoza qarşı kütləvi peyvəndləmədən 4 il sonra yenidən qan nümunələri toplanılacaq və nəticələr müqayisə ediləcək. Bu, aparılmış mübarizənin nə dərəcədə effektiv olduğunu söyləməyə əsas verəcək”.
Məlumatda qeyd olunub ki, brusellyoza qarşı kütləvi peyvəndləməyə yaxın vaxtlarda DBNX tərəfindən başlanacaq: “Brusellyoza qarşı yoluxma riski heyvan sahibləri və heyvandarlıq məsullarının istifadəçilərində olduğundan, xəstəlik səviyyəsini müəyyənləşdirmək üçün təsadüfi seçim ilə onlardan da qan nümunələri götürülməsi nəzərdə tutulub. Azərbaycanda brusellyoz xəstəliyinə qarşı yeni mübarizə proqramı Kənd Təsərrüfatı Nazirliyin Dünya Bankı ilə birgə layihəsi çərçivəsində aparılır. Mübarizənin məqsədi insan üçün uzun müalicə dövrü və ağır fəsadları olan brusellyoz xəstəliyini Azərbaycanda ləğv etməkdir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi