azia.az
azia.az

Bir ay əvvəl həbsdən çıxan vəkil direktor təyin edildi

Bu gün, 11:27

Tanınmış hüquqşünas Adəm Məmmədov bundan sonra fəaliyyətini özəl hüquq şirkətində davam etdirəcək.

Azia.az  Modern.az-a istinadla xəbər verir ki, Adəm Məmmədov "Legatus Hüquq Mərkəzi"nin direktoru təyin olunub.

Qeyd edək ki, o, daha əvvəl vəkillik fəaliyyətilə məşğul olub.

Xatırladaq ki, Adəm Məmmədov bu il martın 5-də Nərimanov Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.

Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib.

Belə ki, A. Məmmədov və qardaşı hüquqlarını müdafiə etdiyi Ceyhun Yusifovu ağır cinayətdə ittiham edərək ona böhtan atıblar.

Söhbət Adəm Məmmədovun qardaşı ilə birgə rəhbərlik etdiyi saytda dərc olunan yanlış xəbərlərdən gedir.

Xatırladaq ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi