Türkiyəli biznesmen Heydər Əliyev adına hava limanında həbs edildi
Cem Ərsoy adlı iş adamı 300 min manatlıq dələduzluqda təqsirləndirilir.
Azərbaycanın axtarışa verdiyi türkiyəli iş adamı tutulub.
Azərbaycanda dələduzluq etdiyinə görə barəsində axtarış elan olunmuş Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Cem Ersoy Selçuk ötən gün Heydər Əliyev Aeroportunda Azərbaycana gələrkən saxlanılıb.
Cem Ersoy Selçuk Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, 300 min manatlıq dələduzluqda təqsirləndirilir.