Ödənişli əsaslarla qəbul olunan 584 tələbə ödənişsizə keçirildi - RƏSMİ
2025-2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdı. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.
Bu barədə Redaktor.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
"Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 584 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib", - məlumatda qeyd olunub.
Bakı Dövlət Universiteti 27
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 38
Azərbaycan Texniki Universiteti 78
Azərbaycan Memarlıq və İnşaat Universiteti 65
Azərbaycan Tibb Universiteti 4
Azərbaycan Dövlət Pedaqoji Universiteti 3
Azərbaycan Dövlət İqtisad Universiteti 8
Azərbaycan Kooperasiya Universiteti 2
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 17
Azərbaycan İdman Akademiyası 2
Bakı Musiqi Akademiyası 5
"Azərbaycan" Universiteti 25
Qərbi Kaspi Universiteti 36
Xəzər Universiteti 5
Bakı Avrasiya Universiteti 2
"Odlar Yurdu" Universiteti 13
Bakı Biznes Universiteti 2
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 1
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 9
Milli Aviasiya Akademiyası 14
Azərbaycan Dövlət Dəniz Akademiyası 17
Azərbaycan Turizm və Menecment Universiteti 3
Dövlət Gömrük Komitəsinin Akademiyası 2
Bakı Xoreoqrafiya Akademiyası 1
Bakı Mühəndislik Universiteti 101
Naxçıvan Dövlət Universiteti 12
Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri) 7
Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri) 1
Gəncə Dövlət Universiteti 5
Sumqayıt Dövlət Universiteti 71
Mingəçevir Dövlət Universiteti 5
Lənkəran Dövlət Universiteti 3
bütövlükdə 584 nəfər tələbəyə şamil olunub.