Azercell-lilər bir ay ərzində #rəqəmsalgünləri birlikdə qeyd edəcək!
Azia.Az xəbər verir ki, Azercell-lilər bir ay ərzində #rəqəmsalgünləri birlikdə qeyd edəcək!
Lider mobil operator yeni brend kimliyinin birinci ildönümü ilə əlaqədar abunəçilərinə yeni rabitə imkanları və bol-bol əyləncələr vəd edir.
Düz bir il öncə Azercell yenilənərək “rəqəmsal dünyanı” abunəçiləri ilə birgə qurmağa başladı. 2019-cu il iyunun 21-də Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən möhtəşəm tədbirdə ilk dəfə olaraq 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirildi. 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in əvvəlki və yeni loqolarının təsvirini yaradaraq izləyicilərə möhtəşəm şou sərgilədi.
Artıq 5 000 000-dan çox abunəçinin seçimi olan Azercell Telekom bu bayramını onlarla birlikdə qeyd etməyi planlaşdırır. Beləliklə, bu ay ərzində şirkət abunəçilərini yeni cəlbedici kampaniyalar, faydalı və əyləncəli tətbiqlərə pulsuz abunə, eləcə də Azercell-in sosial şəbəkə kanalları vasitəsilə keçiriləcək müxtəlif oyunlar, yarışmalar,
müsabiqələrdə iştirak edib hədiyyə qazanmaq şansı və qiymətli rəqəmsal hədiyyələr gözləyir.
Ölkənin lider mobil operatoru Azercell Telekom ötən il bütün Azərbaycanı yeni bağlantı erasına hazırlamağı vəd edərək yeni brend kimliyini, onun ifadəsində isə yeni fəlsəfəsini cəmiyyətə təqdim etdi. Yeni nəsil rəqəmsal həllər vasitəsilə istifadəçilərinə dünyanın sonsuz imkanlarını əlçatan etməyi vəd edən Azercell, müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan etdi. Beləliklə, Azercell-in çevikliyi və yenilikçi ruhunun rəmzi olacaq, keçmişlə gələcək arasında bir bağ yaradaraq hərəkət və inkişafı təcəssüm etdirəcək yeni nişanı şirkət tarixində yeni eranın başladığının əksinə çevrildi.
Beləcə, öz vədinə sadiq qalaraq cəmiyyətin rəqəmsallaşmasına doğru ən əhəmiyyətli addımlarından biri kimi 2019-cu ilin noyabrında Azercell-in ölkədə və Cənubi
Qafqazda ilk 5G pilot şəbəkəsini istifadəyə verdi. 5G şəbəkəsinin operator tərəfindən ən birinci və ən tez sınaqdan keçirilməsi, eləcə də texniki yenilənməsi Azercell-i dünyanın qabaqcıl mobil rabitə təminatçıları ilə bir sırada qərarlaşdırır.
Azercell şirkəti abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan “Kabinetim” şəxsi kabinet xidmətini təqdim etdi. Ölkədə ilk dəfə olaraq “Kabinetim” tətbiqi üzərindən rabitə, kommunal və digər məişət ehtiyaclarını ödəyə biləcək “Mobil Ödəmə” xidmətini istifadəyə verdi.
Smartfonlar vasitəsilə rəqəmsal xidmətlərə doğan tələbatdan irəli gələrək Azercell ötən ildə əyləncə və səmərəli istifadə üçün geniş çeşiddə rəqəmsal xidmətlərini: ivi, Zvuk, Azercell Kids, Bookmate, NNTV mobil TV, BluTV və Busuu kimi mobil tətbiqlərini abunəçilərinə təqdim etdi.
Sosial layihələrini artıq rəqəmsal ifadəsində cəmiyyətə təqdim edən Azercell-in beynəlxalq “Bookmate” proqramına 650 illiyi qeyd olunan şair-mütəfəkkir İmadəddin Nəsiminin qəzəllərinin 3 dildə audio kitab formatında yerləşdirilməsi isə şirkətin Azərbaycan mədəniyyətinin təbliği və “2019 Nəsimi ili” layihəsinə böyük töhfəsi oldu.