Azərbaycanda biabırçılıq: Kişi arvadını bələdiyyə sədri ilə intim münasibətdə… – VİDEO
Ötən gün «Space Tv» yaımlanan «Gəl dərdini danış» sosial krminal layihədə inanılmaz anlar yaşanıb. Verilişə müracət edən Şəmkir rayon Yuxarı Seyfəli kənd sakini İsgəndər bəy kənd bələdiyyəsinin sədrini sərt ittiham edib. O, bildirib ki, sədr onun həyat yoldaşı ilə münasibətdədir.
«Nə zaman əlaqə qurublar xəbərim yoxdur. Kənddə heç kim mənə salam vermir. Rusiyadan gəlmişəm, eşidirəm ki, evimdə qız uşağım ola-ola kənd bələdiyyə sədri mənim evimə gəlib, hətta yoldaşımla maşınla harasa tez-tez gediblər. Bunu kənd sakinləri danışır… Arvadım isə bələdiyyə sədri Ceyhunun guya baldızımla münasibətdə olduğunu deyir. Halbuki, adam özü də evlidir…»
Daha sonra kəndin bir neçə nümayəndəsi efirə qoşularaq deyilənlərin həqiqət olduğunu bildirib. Hətta bu hadisədən sonra kənd bələdiyyəsindən narazı olduqlarını qeyd ediblər. Amil Xəlilin «Niyə bələdiyyədən yazılı şikayyət etmirdiniz» sualına onlar çəkindiklərini bildiriblər…
Həmin anları sizə təqdim edirik: