azia.az
azia.az

Eldar İbrahimov: "İlham Əliyev Türkiyəyə səfər etməklə bir daha dünyanı heyrətləndirməyi bacardı"

17-03-2016, 21:39

Eldar İbrahimov: "İlham Əliyev Türkiyəyə səfər etməklə bir daha dünyanı heyrətləndirməyi bacardı" Qardaş Türkiyənin paytaxtı Ankara şəhərində növbəti terraktın törədilməsi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin,Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti - beşinci iclasında iştirakının ikincə dəfə təxirə salınması və bunun müqabilində Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfər etməsi çox böyük, bəlkə də diplomatiya tarixində görünməyən möhtəşəm tarixi bir hadisədir.

Gün.Az xəbər verir ki, bunu parlamentin komitə sədri Eldar İbrahimov dilə gətirib.

Onun sözlərinə görə, belə bir addımı yalınız Azərbaycan dövləti və onun dövlət başçısı İlham Əliyev ata bilərdi.
O, qeyd edib ki, çünki dünyada Azərbaycana Türkiyə qədər, Türkiyəyə də Azərbaycan qədər yaxın, dost, müttəfiq olan ikinci bir dövlət yoxdur.
E. İbrahimovun qeyd etdiyinə görə, bu, həm də Ümummilli lider Heydər Əliyevin tarixi və müdrik deyiminin - "iki dövlət - bir millət" kəlamının, məfkurəsinin əyani, sözdə deyil, əməldə konkret ifadəsidir:
"Çoxları, yəni, Azərbaycanla Türkiyənin yaxınlığını həzm edə bilməyən, bundan ciddi əndişə keçirənlər belə iddia edirdi ki, bu toplantı heç bir halda baş tutmayacaq, Azərbaycan prezidenti Türkiyəyə səfər etməklə bağlı belə bir addımı atmaqdan çəkinəcək və sair.
Ancaq hər zaman qətiyyətli, kişiyana, cəsarətli, müstəqil addımları ilə dünyanı heyrətləndirən dövlət başçımız bu yöndəki "ehtimallar"ı, "proqnozlar"ı növbəti dəfə yerlə-yeksan, darmadağın etdi, dünyanı bir daha heyrətləndirməyi bacardı.
Çünki başqa cür də ola bilməzdi. Türkiyənin acıları bizim acılarımız, bizim açılarımız Türkiyənin acılarıdır. Eyni zamanda, onların sevinci bizim, bizim sevincimiz onların sevincidir. Biz sevincimizi bölüşdüyümüz kimi, kədərimizi, acılarımızı da daim bölüşmüşük və bölüşürük".
E. İbrahimov bildirib ki, dövlət başçısı Türkiyəyə səfərində bir daha Ankarada törədilən xain terroru lənətləyərək, Azərbaycanın bütövlükdə terorrun və terrordan bəslənənlərin əleyhinə olduğunu açıq və kəskin şəkildə bəyan etdi.
"Terrorun nə milləti, nə dini, nə irqi var və o, harada törədilməsindən asılı olmayaraq lənətlənməli, onun arxasında duranların, onu törədənlərin tezliklə tapılıb ədalət mühakiməsinə verilərək cəzalandırılması lazımdır. Çünki terrora və terrorçuya heç bir bəraət yoxdur, ola da bilməz. Odur ki, səfər zamanı bu mövqe bir kəs və daha qətiyyətlə ifadə olundu.
Bir sözlə, Azərbaycan hər zaman Türkiyənin yanında olub, bundan sonra da yanında olacaq. Heç bir qüvvə, heç bir təhdid bu birliyi, bu vəhdəti poza bilməyəcək və hər iki dövlət birlikdə daha qüdrətlənmiş şəkildə dünyada öz nüfuzunu və çəkisini nümayiş etdirəcək.
Bundan da dostlarımız sevinəcək, düşmənlərimiz isə qəhr olacaqlar, çirkin arzularına nail ola bilməyəcəklər.
Heç kimin də buna şübhəsi olmasın" - deyə, komitə sədri sözlərinə əlavə edib.

Xəbərfakt.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi