azia.az
azia.az

İlham Əliyev: "Türkiyəyə qarşı terror aktlarının heç bir nəticəsi olmayacaq"

16-03-2016, 10:08

İlham Əliyev: "Türkiyəyə qarşı terror aktlarının heç bir nəticəsi olmayacaq" “Ankarada terror aktı nəticəsində ölənlərin yaxınlarına başsağlığı verirəm. Biz bu dəhşətli terror aktını qətiyyətlə qınayırıq və türk xalqının yanındayıq. Birliyimiz əbədi, sarsılmazdır”.
Bunu Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan və Türkiyə yaxşı və ağır günlərdə daim bir-birinin yanındadır: “Türkiyə xalqına qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyəni haqq yolundan döndərə bilməz. 25 ildir ki, Azərbaycan və Türkiyə bir-birinə dəstəkdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir, biz heç vaxt bunu unutmayacağıq. Türkiyə və Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir”.
Prezident İlham Əliyev deyib ki, Türkiyə və Azərbaycan beynəlxalq müstəvidə daim bir-biri dəstəkləyir: "Türkiyənin dünyada rolu artır, Türkiyəyə dünyada artan rəğbət və inam bizi sevindirir”.
Ötən il Türkiyə “G-20” toplantısına Azərbaycanı dəvət edib. Türkiyə bu sammitə bir ölkəni dəvət edə bilərdi, Azərbaycanı dəvət etdi. Buna görə təşəkkür edirəm. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olar”.
Dövlət başçısı qeyd edib ki, Türkiyə hər zaman Dağlıq Qarabağmünaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həll edilməsinə dəstək verib: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan ədalətsizliklə üzləşib. Türkiyənin dəstəyi bizim üçün çox önəmlidir. Bu yaxınlarda hərbçilərimiz birgə təlimlər keçirib. Bu da çox yaxşı ənənədir. Biz Türkiyədən müxtəlif hərbi texnika və silah alırıq. Türkiyənin müdafiə sənayesi sahəsində uğurları Azərbaycanın da müdafiə qabiliyyətini gücləndirir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi