azia.az
azia.az

Mülki Məcəlləyə dəyişikliklər təsdiq edildi

10-03-2016, 08:56

Mülki Məcəlləyə dəyişikliklər təsdiq edildi Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən, məcəllənin 986-3.2.2-ci maddəsində “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri “maliyyə bazarlarına nəzarət orqanına” sözləri ilə əvəz edilir.
Bundan başqa, 1048-2.4-cü maddədə “qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanının və Mərkəzi Bankın normativ hüquqi” sözləri “maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli” sözləri ilə əvəz edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi