azia.az
azia.az

Ərdoğan BU TARİXDƏ Azərbaycana GƏLƏCƏK

3-10-2022, 13:58

İki həftə ərzində Zəngilan hava limanının açılışı ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir.

 

Azia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O bildirib ki, hazırda Zəngilan Beynəlxalq Hava Limanının açılışı üçün hazırlıqlar tamamlanmaq üzrədir. Texniki uçuş sınaqları həyata keçirilir:

 

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı üçün səfəri isə iki həftə ərzində gözlənilir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi