azia.az
azia.az

"Əsla geri addım atmayacağıq"

18-02-2016, 10:03

"Əsla geri addım atmayacağıq" Baş nazir Türkiyənin hüquqlarının tapdanmasına icazə verməyəcəklərini deyib.

"Bütün terror təşkilatlarına qarşı mübarizəmizdə əsla geri addım atmayacağıq". Ankarada baş verən dəhşətli terror aktından sonra baş nazir Əhməd Davudoğlu açıqlama yayıb.
O, açıqlamasında qeyd edib ki, türk millətini və demokratiyanı hədəf alaraq bu mənfur hücumu gerçəkləşdirənlər əsla öz məqsədlərinə çata bilməyəcəklər.
"Türk Silahlı Qüvvələrinin hərbçilərini daşıyan xidməti maşında törədilən terror hadisəsində ölən vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə və millətimizə səbr diləyirəm. Terror və şiddət qarşısında 78 milyon vətəndaşımızla bərabərik. Türkiyə Cümhuriyyəti öz hüquqlarının tapdanmasına icazə verməyəcək".
Baş vermiş terror hadisəsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Azərbaycana nəzərdə tutulan səfəri də təxirə salınıb. Baş vermiş hadisə ilə bağlı açıqlama verən prezident bildirib ki, Türkiyə leqal müdafiə hüququndan hər yerdə, hər zaman və hər vəziyyətdə istifadə edəcək. O bildirib ki, ölkə hüdudları daxilində və xaricində məruz qalınan hücumlara eyni formada cavab veriləcək.
“Əxlaqi və insani heç bir hüdudu olmayan bu cür hücumları həyata keçirən “peşkalarla” və onların arxasında olan qüvvələrlə mübarizəmiz hər gün daha qərarlı şəkildə davam edəcək. Bu cür hadisələr birliyimizə, bərabərliyimizə istiqamətlənmiş, ölkə hüdudlarının xaricində və daxilində baş vermiş hücumlara eynilə qarşılıq vermək yönündə qərarlılığımızı qüvvətləndirir”.
"Əsla geri addım atmayacağıq""Əsla geri addım atmayacağıq"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi