azia.az
azia.az

Türkmənistan Yeni Dünya Nizamında Rusiya,İran və Çinlə birlikdə olacaq.

16-06-2022, 07:06

Türkmənistan Yeni Dünya Nizamında Rusiya,İran və Çinlə birlikdə olacaq.
Bu ilin martında Türkmənistanda keçirilən prezident seçkilərində(buna seçki demək nə qədər mümkündürsə)73% səs qazanaraq atası Qurbanqulu Berdumuhammedovdan dövlət başçısı postunu təhvil alan Sərdar Berdumuhammedov İrana rəsmi səfər edib.
Ehtimal ki,S.Berdimuhammedov Çinə və daha sonra da Türkiyəyə səfər edəcək.
Türkmənistanın 40 yaşlı yeni prezidenti S.Berdumuhammedov iranlı həmkarı İbrahim Rəisi və bu ölkənin ali rəhbəri Seyyid Əli Xamanei ilə görüşüb.
Ogul Berdumuhammedovun birinci səfəri Rusiyaya idi və o,Kremlin sahibi Vladimir Putin tərəfindən xüsusi ehtiramla qarşılandı,iki ölkə arasında bir sıra strateji müqavilələr imzalandı.Hətta V.Putin S.Berdumuhammedovun yaxasına medal da taxdı.
İran və Türkmənistan arasında iqtisadiyyat,ticarət,mədəniyyət,energetika kimi sahələri əhatə edən 9 müqavilə və memarandum imzalanıb.Belə ki,Türkmənistan və İran arasında 20 illik strateji əməkdaşlıq sazişinə imza atılıb.
Türkmənistan hələ ki,özünün neytral statusunu davam etdirir.Rəsmi Aşqabad MDB,KTMT,Avrasiya İttifaqı kimi Moskvanın nəzarətində olan təşkilatlara üzv deyil.Bundan başqa,Türkmənistan yeni yaradılmış Türk Dövlətləri Təşkilatında(TDT)müşahidəçi statusunda təmsil olunur.
İndi isə vəziyyət,geopolitik şərtlər,qlobal türbülanslar,dəyişikliklər Aşqabadı yeni kardinal dəyişikliklərə sövq edə bilər.Yəni,Ukrayna poliqonunda Qərb(NATO)-Rusiya konfrantasiyasının nəticələri Yeni Dünya Nizamına keçidi şərtləndirir.Rusiya fevralın 24-ü Ukraynaya hücum edərək bu ölkəni işgal etməyə girişib.
Etiraf edək ki,fevralın 24-ünə qədər biz fərqli beynəlxalq münasibətlər sistemində yaşayırdıqsa,indi yeni mərhələyə keçmişik.
Belə demək mümkünsə,YDN-də Avro-Atlantik sistemin rəqibi olacaq, bu,Rusiya və Çinin liderliyində yaranacaq.
Türkmənistan da yeni geosiyasi konyukturada qərar verməlidir.Təbii ki,Türkmənistan heç bir halda Atlantik vektorun yanında olmayacaq.
Zənnimcə,ABŞ və Aİ bunu qəbul edib.Hətta baxmayaraq ki,Cənubi Qafqaz ugrunda Qərb və Rusiya rəqabətinin qazananı da aşagı-yuxarı bəllidir.Kimsə düşünməsin ki,Gürcüstana Aİ üzvlüyünə namizədlik statusunun verilməsi asandır.
Məncə,Moldovaya da namizədlik statusunu vermək o qədər də asan olmayacaq.Brüssel bu mövzunu qeyri-müəyyən zamana qədər təxirə salacaq.
Aİ hazırda Rusiya ilə Ukrayna cəbhəsində ən azından atəşkəsə cəhd edir.Müharibənin ana sponsorları anqlo-saksonlardan fərqli olaraq Avropa İttifaqı deskalasiyadan yanadır və artıq Ukrayna prezidenti V.Zelenskiyə təzyiqlərin dozasını artırmaqdadırlar.Ukraynada müharibə Qərbi orta perspektivdə staqflasiya və ressesiya ilə üz-üzə qoya bilər.Bu nöqteyi-nəzərdən Aİ liderləri azərbaycanlı çayxana siyasətçiləri və sosial-şəbəkə avaralarından daha rasional düşünürlər.
Hətta Ukrayna,Moldova və Gürcüstana namizədlik statusunun verilməsi o demək deyil ki,bu ölkələri bir neçə il sonra Aİ-yə üzv qəbul edəcəklər.Bu istiqamətdə müzakirələr üçün paraqraflar açılmalı,kriteriyalar müəyyən edilməlidir.
Türmənistan,Mərkəzi Asiya respublikaları Rusiya və Çinin orbitində(hətta Azərbaycan da)yer tutacaqlar.

Kamal Alıyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi