Alman səyyah: Ağdamda fantastik işlər görülür
Ağdamda fantastik işlər görülür.
APA xəbər verir ki, bunu beynəlxalq səyyahlarla birgə Ağdamda səfərdə olan Almaniyadan olan səyyah Oliver Kompkens deyib.
“Burada davam edən bərpa-quruculuq işlərini görmək heyranedicidir”, - səyyah vurğulayıb.
Azərbaycana ikinci dəfə gəldiyini xatırladan səyyah Azərbaycana ilk dəfə 2017-ci ildə səfər etdiyini qeyd edib: “O vaxt mən Moskvada professor idim və konfransda çıxış etmək üçün Bakıya gəlmişdim. O zaman da mən Azərbaycana heyran olmuşdum. Xüsusən Azərbaycanı başqa postsovet ölkələri ilə müqayisə edəndə fərqli bir atmosferi və çox avropalaşmış, müasir ölkə və təhsilli bir xalqı görmək olur”.
Oliver Kompkens azad edilmiş Ağdam şəhərininin dirçəldiyini, burada yol və digər infrastruktur işlərinin icra edildiyini vurğulayıb: “Azərbaycan xalqını və hökumətini fantastik işə görə təbrik edirəm. Ağdam şəhəri tam bərpa ediləndən sonra növbəti illərdə də bura gəlməyə can atacağam”.
Toğrul Quluzadə
Elgün Gəncimsoy