azia.az
azia.az

İran səfirindən DƏHLİZ QUŞLAMASI - "Bəyanatlar Tehran üçün qəbuledilməzdir"

30-04-2022, 16:36

İran səfirindən DƏHLİZ QUŞLAMASI - "Bəyanatlar Tehran üçün qəbuledilməzdir"
İran üçün kommunikasiyaların açılması kontekstində dəhlizlərlə bağlı səslənən bəyanatlar qəbuledilməzdir. Bunu İranın Ermənistandakı səfiri Abbas Bədaşxan Zohuri Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyanla keçirdiyi görüşdə deyib.

Qafana gələrək İranla sərhəddə görüş keçirən Zohurinin sözlərinə görə, Tehran hesab edir ki, Ermənistan öz ərazi bütövlüyünü qorumalıdır.

Zəngəzur qubernatoru və Qafan meri isə cavab olaraq diplomata dəhliz məsələsində tutduğu mövqeyə görə təşəkkür ediblər.

- Sizin fikriniz önəmlidir və hər bir Zəngəzur sakini tərəfindən yüksək qiymətləndirilir, - Qukasyan deyib.

Qeyd edək ki, İran İkinci Qarabağ müharibəsindən sonra İrəvanın xeyrinə bir neçə rəsmi bəyanatlar səsləndirib. Xüsusən də Zəngəzur dəhlizinin bərpası Tehran üçün daha çox arzuolunmaz hadisə kimi təqdim edilir.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi