azia.az
azia.az

"İranda 40 milyon azərbaycanlı öz ana dilində kitab oxuya bilmir" - Aydın Kazımzadə

Bu gün, 10:12

"İran Prezidenti Məsud Pezeşkiana İranda yaşayan azərbaycanlılar üçün məktəb açılsın deyə edilən müraciətlər çox əladır. Bu, çox vacibdir. İranda 40 milyon azərbaycanlı öz ana dilində kitab oxuya bilmir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, kinoşünas, Prezident təqaüdçüsü Aydın Kazımzadə bildirdi.

"İrandan bura azərbaycanlılar gəlmişdi. Məxsusi mənim yanıma gəlmişdilər. Eşidiblər ki, məndə kino ilə bağlı belə kitablar var. Mən də kitablardan onlara verdim. Daha sonra gedib orada atası ilə birlikdə kitabı əllərində tutaraq şəkil çəkdirib mənə göndərmişdilər. Sevinirdilər ki, Azərbaycan dilində kitab onların əlindədir. Orada kitab da yoxdur. Bizim başqa alimlərimiz də onlara kitablar verirlər ki, orada istifadə etsinlər. Amma əlifbanı bilmirlər axı. Ona görə də çətinlik çəkirlər. Amma indi özləri öyrənirlər".

Kinoşünas vurğuladı ki, İranda həyasızcasına, özü də yekəxana formasında bizə sözlər deyirlər:

"Heç nədən çəkinmirlər, utanmırlar. Baxırsan ki, nazirdir, yaxud da vəzifədə olan adamdır. Amma ağızlarına gələni ünvanımıza deyirlər. Ona görə bizimkilər də düz ediblər ki, cavablarını belə veriblər. Müraciətlər gözəldir. Amma bu İrandır, farsdırlar. Farslar inanmıram ki, bizim sözümüzlə durub orada məktəb açsınlar. Onların prezidenti Məsud Pezeşkian azərbaycanlıdır. Sadəcə, onun heç özünün gücü çatmır. Prezidentin gücü çatmır ki, orada azərbaycanlı uşaqlarına məktəb açsın. Bunu etmək lazımdır. Qoy bilsinlər ki, burada azərbaycanlılar İranda yaşayan həmvətənləri haqqında düşünürlər.

Yoxsa ki, o gün televiziyada bir başı bağlı boş-boş danışır. Nə bilim, yəhudilər bizi belə edəndə siz harada idiniz? Bizim də jurnalist yaxşı cavab verdi ki, bəs siz harada idiniz? Ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi viran qoydular. Siz hara baxırdınız onda? Yəni demək lazımdır, demədikcə onlar ağını çıxardırlar".

Aytəkin TOFİQQIZI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi