azia.az
azia.az

ABŞ diplomatlarını bu ölkədən təxliyə etməyə başladı

Bu gün, 10:14

ABŞ təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı vacib olmayan diplomatik heyətini və onların ailə üzvlərini ölkədən çıxarmağa başlayıb.

Xəbər verilir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanına, o cümlədən mülki hava limanlarına və mühüm infrastruktura hücumlar həyata keçirirlər.

Dövlət Departamenti ABŞ vətəndaşlarını mümkün raket və dron hücumları, hava məkanının bağlanması, uçuşların ləğvi və nəqliyyatda yarana biləcək fasilələrlə bağlı xəbərdar edib. Vətəndaşlara krallıqdakı hava limanlarından istifadə edərkən son dərəcə ehtiyatlı olmaq tövsiyə olunub.

Həmçinin amerikalılara raket və dron hücumlarının, eləcə də onların düşdüyü ərazilərin foto və videolarını çəkməyin və yaymağın qadağan olduğu xatırladılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi