azia.az
azia.az

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti OLDU

Bu gün, 10:21

Texnologiya səhmlərinin ucuzlaşması fonunda “Apple” bazar kapitallaşmasına görə “Nvidia”nı geridə qoyaraq dünyanın ən dəyərli açıq şirkəti mövqeyini yenidən ələ keçirib.

Xəbər verilir ki, cümə günü “Apple”ın bazar dəyəri 5,03 trilyon dollara çatıb.

Şirkətin səhmləri 1,2 faiz ucuzlaşsa da, “Nvidia”nın 4,2 faizlik enişi onun kapitallaşmasını 4,93 trilyon dollara endirib.

Bu, iyulun sonundan bəri “Apple”ın ilk dəfə rəqibini üstələməsidir. “Intel” və “Amazon”un gözləntiləri doğrultmayan maliyyə nəticələri, eləcə də, süni intellektə yatırılan böyük vəsaitlərin gəlirliliyi ilə bağlı narahatlıqlar texnologiya sektorunda enişi gücləndirib.

Son bir ayda “Alphabet”in səhmləri 18,6 faiz, “Meta”nın 15,2 faiz, “Nvidia”nın isə 10 faiz ucuzlaşıb. “Intel” bir ticarət günündə təxminən 30 faiz dəyər itirib.

İnvestorların “Apple”a marağının artmasında şirkətin ehtiyatlı investisiya siyasəti və güclü pul axını mühüm rol oynayıb. Şirkətin səhmləri ilin əvvəlindən 27 faiz bahalaşıb. Eyni zamanda, süni intellekt infrastrukturuna böyük vəsait yatıran “Alphabet” və “Amazon” mənfi sərbəst pul axını ilə üzləşib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi