azia.az
azia.az

Paşinyan qərarını ELAN ETDİ - Xankəndinə qayıtmaq an məsələsidir ...

24-04-2022, 08:08

Paşinyan qərarını ELAN ETDİ - Xankəndinə qayıtmaq an məsələsidir ...
Postmünaqişə dövründə həm işğaldan azad edilən ərazilərin bərpası istiqamətində, həm beynəlxalq müstəvidə rəsmi Bakının atdığı addımlar Azərbaycanın gücünü göstərir. Məhz bu məsələyə dövlət başçısının rəhbərliyi ilə xarici diplomatiyamızın xüsusilə son il yarımda gördüyü işləri də daxil etsək, o zaman Ermənistan üçün bu pressinq qarşısında dayanıq göstərməyin mümkünsüzlüyünün haradan qaynaqlandığını açıq sezə bilərik.

Təbii ki, postkonflikt mərhələsində Azərbaycanın əldə etdiklərinin nədən ibarət olduğu hər ötən gün daha çox hiss etməyə başlayırıq. Bu çətin sınaq əsasən Azərbaycanın şərtlərinə uyğun sülh sazişinin adı ilə bağlı olduğundan, sözügedən məsələnin həssaslığını nəzərə alaraq rəsmi Bakı bu barədə çox detallı açıqlamalar etməyə lüzum görmədiyi üçün bir qədər gözləmək mövqeyini tutmalıyıq. Lakin Paşinyanın 19 aprel tarixində Moskvaya iki günlük səfəri və Kreml rəhbəri ilə keçirdiyi görüşlərin yekunlarına aid dünən səsləndirdiyi fikirlərdən vəziyyətin nə yerdə olduğunu, Brüssel danışıqlarının nəticələrinin üstündən İrəvan tərəfindən növbəti dəfə xətt çəkilib-çəkilmədiyini öyrənmək olur.

Yüksək təşkilatlanmaq və birlik nümayiş etdirmək, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynamaq baxımından çox əhəmiyyətli olan bu Zəfər Qurultayının Qarabağın azad edilməsindən sonra ilk böyük görüş olduğunu nəzərə alsaq, Azərbaycanın düşmənlərinin, onu gözü götürməyənlərin bütün diqqətinin bu aralar məhz Şuşada olacağını deyə bilərik.
Dünən Şuşada start götürən Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edərkən Prezident İlham Əliyevin verdiyi mesajlar anında ünvanına çatdı. Bunu dövlət başçısının çıxışından sonra gələn reaksiyalar, edilən açıqlamalar deməyə əsas verir. Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan liderinin verdiyi bəyanatların ardınca etdiyi açıqlamalar Ermənistan rəhbərliyinin artıq məsələnin ciddiliyini hiss etdiyini, başqa seçimlərinin qalmadığını yaxşı anladığından xəbər verir.

Qurultayda çıxışı zamanı "Hər kəs bilməlidir ki, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, milli ruh, mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması, - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var. Əgər bir də baş qaldırsa, biz hər an erməni faşizmini əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır" ifadələrinə xüsusi yer verən dövlət başçısı bununla ilk öncə Nikol Paşinyana verdiyi sözü, götürdüyü öhdəliyi icra etməyəcəyi təqdirdə Bakının hansı reaksiyası ilə üzləşəcəyini yenidən və son dəfə başa sald deyə bilərik. Çünki dövlət başçımızın da qeyd etdiyi kimi, bu Ermənistana verilən son şansdır"
Paşinyan qərarını ELAN ETDİ - Xankəndinə qayıtmaq an məsələsidir ...
İlham Əliyev "Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb, ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi" sözləri ilə beləcə, rus sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi, ermənilərin yaşadığı həmin ərazilərdə suverenliyin de-fakto bərpa ediləcəyini, bunun alternativinin olmadığını da növbəti dəfə elan etdi. Prezident bununla həm erməni revanşistlərinə, həm də onları silahlandıran, himayədarlıq edən qüvvələrə bu cəhdlərinin heç bir nəticə verməyəcəyini diqqətə çatdırmış oldu.
Əslində Paşinyanın Brüssel görüşündə əldə edilən razılıqdan sonra Moskva səfəri qarşı tərəfə manipulyasiya üçün növbəti imkan yaradacağı öncədən gözlənilən idi. Rusiyaya iki günlük səfər sonrası ağzını açıb bir kəlmə də detallı bir məlumat verməyə cəhd etməyən erməni baş naziri Azərbaycan Prezidenti düşünülmüş növbəti diplomatik gedişi ilə fakt qarşısında qoydu və Ermənistanın sülh məsələsində Azərbaycanla əldə olunan son razılıqla bağlı hər hansı bir fikir dəyişikliyinə məruz qalıb, qalmadığını, son mövqeyini öyrəndi.

Azərbaycan liderinin Şuşadan etdiyi son xəbərdarlıqlardan heç bir neçə saat keçməmiş Nikol Paşinyanın rəsmi Bakı ilə sülh mövzusuyla bağlı yekun qərarlarına aid sitatları yayılmağa başladı.

Paşinyan parlamentdəki çıxışında bildirib ki, "Bizim strategiyamız ondan ibraətdir ki, Qarabağlı ermənilər Qarabağda yaşayıb, özlərini qarabağlı kimi hiss etsinlər. Qalan bütün söhbətlər hər hansı bir məclisdə sağlıq demək kimi bir şeydir. O qüvvələr ki, hazırda sağlıq demək şüarı ilə yürüyür, yeni müharibənin alovlanmasına səbəb olacaq. Bu isə nəyinki Qarabağın, bütün Ermənistanın itirilməsinə səbəb olacaq. Biz buna icazə verə bilmərik".

Paşinyanin bu çıxışında iki məqam xüsusilə diqqət çəkir: Birincisi, erməni baş nazirin nitqində daha "Artsax" kəliməsini işlətməməsidir ki, Paşinyan bununla həm Azərbaycana, həm də Avropa İttifaqına Brüssel görüşünə sadiq qaldığını, ritorikasının dəyişdiyini göstərmək istəyir. Paşinyanın çıxışındaki ikinci detal isə ondan ibarətdir ki, o, Ermənistandakı, ölkə xaricindəki revanşist qüvvələrə Qarabağla bağlı sağlıq deyirmiş kimi danışmamağı məsləhət bilməklə, "daha boş- boş xəyallardan əl çəkin. Sizin heç bir işə yaramayan bu cür planlarınız, fikirləriniz başımıza bəla ola bilər. Bunun olmaması üçün artıq siz də regiondakı yeni geosiyasi reallığı qəbul etməlisiniz" mesajı verdi.

Bu, həm də o anlama gəlir ki, Nikol Paşinyan Azərbaycanın "ya sülh ya savaş" təklifində nə qədər israrli və barışmaz mövqe tutacağından adı kimi əmindir. Erməni baş nazir anlayır ki, Qarabağın "müstəqilliyinin tanınması" məsələsini qaldırmaq, Azərbaycana müharibə elan etmək və ya hərbi əməliyyatları bərpa etmək deməkdir. Bu isə özünün də qeyd etdiyi kimi artıq Ermənistanın bir dövlət kimi mövcudluğunun sual altına düşməsi ilə nəticələnə bilər.

Paşinyanın bu açıqlamasını məhz Şuşada təşkil edilən Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində Prezident İlham Əliyevin Ermənistana, revanşist qüvvələrə və havadarlarına sülhdən imtinanın cavabının savaş olacağı ilə bağlı mesajlarından sonra etməsi deməyə əsas verir ki, erməni baş nazir Azərbaycanla sülh bağlamayacaqları təqdirdə daha ağır vəziyyətlə üzləşəcəkləri ilə bağlı xəbərdarlığı lazımı şəxsin dilindən yenidən eşitdi və bir daha başa düşdü ki, təhlükəli sularda üzmək zamanı deyil. Belə görünür ki, Brüssel görüşünün ikinci raundunda Avropa İttifaqı da hal-qəziyyəni təfərrüatı ilə Paşinyana izah edə bilib, başa salıb ki, Azərbaycanla sülh bağlamazsansa biz sənə heç cürə dəstək verə bilmərik.
Paşinyan qərarını ELAN ETDİ - Xankəndinə qayıtmaq an məsələsidir ...
Belə görünür ki, Paşinyanın dünən Zəngəzur dəhlizinin - dəmiryolu və avtomobil yolunun inşası üçün tezliklə işlərin başlamasına hazır olduqlarını ("Mən Ermənistan ərazisindən keşməklə Şərqlə-Qərbi birləşdirnə dəmiryolu və avtomobil yolunun tikintisinə başlamağa hazır olduğumuzu bir daha təsdqiləmək istəyirəm. Ümid edirəm ki, bu məsələ ilə bağlı işçi qrupları tezliklə prosesə başlamaq üçün lazımı sənədləri hazırlayıb,razılaşdıra biləcək" - red.) bəyan etməsi, Kremlin Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması məsələsində Qərbin aktivliyi fonunda qalmamaq üçün özünü bu prosesdə əsas moderator kimi göstərmək baxımından son Moskva görüşündəki fəallığının nəticəsidir.

Dünən regionun siyasi qazanının qaynadığı bir vaxtda Şarl Mişelin Vladimir Putinə zəngi də lap yerinə düşdü. Tərəflər aprelin 6-da Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasındakı görüşü müzakirə ediblər. Telefon danışığında üçtərəfli razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Bu fakt bir daha Şarl Mişelin Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması məsələsində nə qədər qərarlı olduğunu göstərir. Nəzərə alsaq ki, bunun Ukrayna-Rusiya müharibəsi səbəbindən münasibətləri ciddi şəkildə pozulduğu bir zamanda gerçəkləşdi, demək ki, Avropa İttifaqı Ermənistanın Azərbaycanın təqdim etdiyi 5 maddəlik sülh paketi təklifini dəyərləndirməsinin ona yalnız fayda verəcəyini yaxşı anlayır.

Çünki Qərb də anlayır ki, Ermənistanı iqtisadi və siyasi blokadadan çıxartmağın yeganə yolu Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. Bu, təmin olunmayana kimi Ermənistanın Rusiyadan siyasi və iqtisadi asılılığı davam edəcək. Bu isə rəsmi İrəvanın uzun müddət daha Rusiyanın əmrləri ilə oturub-durması deməkdir. Rusiyanın ətrafındakı dövlətləri onun orbitindən kənarlaşdırmaq barədə düşünən Qərb, bu yolla Moskvanın təsir dairəsini zəiflətməklə onun manevr imkanlarını məhdudlaşdırmağı planlaşdırdığı diqqətdən qaçmır. Digər yandan isə bu, Rusiya-Ukrayna müharibəsi fonunda yaranan yeni geosiyasi və geoiqtisadi reallıq çağırışlarına uyğun olaraq Qərbin enerji təhlükəsizliyi məsələsinin müəyyən əhəmiyyətli bir qisminin təminatçısı rolunda çıxış etməyə başlayan Bakının bunun qarşılığında Qərb qarşısında qoyduğu tələblər məsələsidir.

Ermənistanın üzərinə düşən beynəlxalq hüquqi öhdəlik də deməyə əsas verir ki, rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan, onun şərtləri əsasında sülh sazişinə imza atmaqdan başqa yolu yoxdur. İrəvan Bakının təqdim etdiyi beş prinsipə əsaslanan sülh sazişindən imtina edərsə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımadığını rəsmi şəkildə elan etmiş sayılacaq ki, bu da rəsmi Bakını dərhal total hərbi əməliyyata başlamağa məcbur etmək demədir.

Paşinyanın son açıqlamalarından sonra Ermənistanın müxtəlif yerlərində ona qarşı etiraz aksiyalarının keçirilməsi də diqqətdən yayınmayıb. "Paşinyan, rədd ol" şüarları ilə aksiya keçirilən bu aksiyalar əvvəlkilərlə müqayisədə lokallığı ilə diqqət çəkir. Onlarla etirazçının aksiya keçirməsi revanşistlərin, keçmiş "Qarabağ klanı"nin son çırpıntısından başqa bir şey deyil. Artıq bütün müqavimət imkanları sıfra yaxınlaşan əks cəbhənin bu addımı Paşinyani verdiyi qərardan döndərməyə yetəcək kimi görünmür. Belə anlaşılır ki, Ermənistan daxilində iqtidarın Qarabağla bağlı yekun qərarlarına müqavimət göstərə biləcək bir qüvvənin artıq mövcudluğu belə sual doğurur. Görünür, artıq Paşinyan və komandasının Qarabağ reallığını daxili auditoriyaya qəbul etdirmək üçün son fəallıqları fayda verməyə başlayıb. Ermənistandakı hazırki iqtidar nümayəndələri vətəndaşlarını inandırmağa başlayıblar ki, "bu torpaq sahibi onlardır, ərazi iddiamızdan əl çəkməzsək, 44 günlük müharibədən də ağır günlər bizi gözləyə bilər".
Paşinyan qərarını ELAN ETDİ - Xankəndinə qayıtmaq an məsələsidir ...
Postmünaqişə dövrü ən azı müharibə qədər çətin, həssas sınaq dövrü hesab edilir. Ancaq Prezident İlham Əliyevin V Qurultayda səsləndirdiyi "İl yarım keçəndən sonra tam əminliklə demək olar ki, biz bu çətin sınaqdan da şərəflə çıxdıq" ifadələri deməyə əsas verir ki, Azərbaycan postmünaqişə dövründə də nəhayət istəyinə qismən nail oldu. Dövlət başçısının tam əminliklə belə bir fikirlər səsləndirməsi deməyə əsas verir ki, biz 44 günlük müharibədə qazanılan Zəfərin ardını postmünaqişə dövründə də gətirdik və bu müddətdən də karlı ayrılan tərəf məhz Azərbaycandır.

Təhməz Əsədov
Milli.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi