Azərbaycanlı deputat İrəvandakı Göy məsciddə ermənilərə meydan oxudu: “Tezliklə...“ / FOTO
O bildirib ki, məscid İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidi
Ermənistanda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları paytaxt İrəvanda Göy məscidi ziyarət ediblər.
Qazet.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Feysbuqdakı hesabında məsciddən fotolar paylaşım edib.
O bildirib ki, məscid İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir:
"Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!".