azia.az
azia.az

Zahid Oruc Xədicə İsmayıldan danışdı: "Bu işlə məşğul olan 8 nəfərdən biridir"

14-02-2022, 11:23

Zahid Oruc Xədicə İsmayıldan danışdı: "Bu işlə məşğul olan 8 nəfərdən biridir"
"Yeni geosiyasi rəqabətin və informasiya əsrinin çağırışları rəqəmsal inqilab resurslarını və sosial şəbəkələri hibrid müharibənin əsas alətinə çevirib. Gəlin bir daha xatırlayaq: müstəqil jurnalist Julian Assanjın Wikileaks hadisəsi yeni informasiya müharibəsi kanallarına ehtiyacı daha da artırdı. Qlobal informasiya məkanına nəzarət etməyə və milli dövlətlərin rəqəmsal-informasiya suverenliyini parçalamağa çalışan qüvvələr “müstəqil virtual dövlətlərə” çevrilən İT şirkətləri ilə birləşərək yeni ideoloji kursu elan etdilər: qədim Romada “parçala və hökm sür” siyasəti 21-ci əsrin rəqəmsal çağırışlarına uyğunlaşaraq, idarə olunan xaosun yeni şüarı “Sındır. Sızdır. Parçala” şəklində irəli sürüldü".

"Ölkə.Az" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri Zahid Oruc "Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdid"lə bağlı hesabatın təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, sadalanan prinsiplərə nail olan, dünya gündəmini formalaşdıran texnologiyaların təminatçıları, Hi-Tech və sosial şəbəkə nəhəngləri sırasında indi təkcə soroslar, NED-lər və NDİ-lar deyil: "Biz onlardan daha 3-nün adını xüsusi çəkəcəyik: araşdırmaçı jurnalizmi qlobal miqyasda təşkilatlandıran, transmilli şəbəkəsini yaradan e-bay elektron ticarət platfomasının sahibi Pyer Omidiyar, Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun rəhbərlərindən biri Aleksandr Papaxristo, dünya şöhrəti qazanmasında Bakının müstəsna roluna qisasla cavab verən İnsan Hüquqları Fondunun rəhbəri Harri Kasparovdur.

Beləliklə, yeni missiyası - “Xüsusi Tapşırıqla Araşdırma” adlanan transmilli şəbəkənin “ofşor qalmaqalları” silsiləsi, məlumatların sındırılması, sızdırılması bir vaxtlar Amerikada ilk araşdırma olan daxili “Pentagon papers”dən xarici hədəfli “Pandora papers”ə qədər inkişaf etməyə başladı. Araşdırmaçı jurnalistika adı altında 2006-cı ildə yaranan qlobal miqyaslı “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” artıq 80 ölkədə 160 jurnalisti birləşdirir və 8 direktordan biri də Xədicə İsmayıldır.

Hamısı “P” hərfi ilə başlayan, mənbələri heç vaxt açıqlanmayan “ofşor dosyeləri” yayanlar içərisində adları jurnalist, reallıqda isə developer-hakerlərin Panama, Paradise, Pandora sənədləri, Pegasus adlı məlumat sızdırma fəaliyyəti konkret ölkələrdə müstəqil siyasət yürüdən iqtidarlara qarşı təzyiq silahıdır, əsas xammalı saxta xəbər olmaqla yazıçı Corc Oruelin “böyük televizor”undan ölkələri təsir dairələrində saxlamaq vasitəsidir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi