ABŞ və Böyük Britaniyanın Ukrayna məsələsində Avropadakı ənənəvi müttəfiqləri ilə arasında ciddi narazılıq elementləri var.
Gəldiyimiz nəticə budur ki,ABŞ və Böyük Britaniyanın Ukrayna məsələsində Avropadakı ənənəvi müttəfiqləri ilə arasında ciddi narazılıq elementləri var.
Təbii ki,ABŞ-ın Ukrayna mövzusuna baxışında,strategiyasında Almaniya ilə dərin fərqləri olmasa da,taktiki fikir ayrılıqları mövcuddur.
Belə ki,Almaniyanın xarici işlər naziri Annalena Baerbok yanvarın 17-də Ukraynaya səfər etdi və bu ölkənin xarici siyasət idarəsinin rəhbəri Dmitri Kuleba ilə görüşündən sonra dedi ki,Donbas böhranının həll edilməsində Normandiya Formatının canlandırılmasına ehtiyac var.
İş ondadır ki,2015-ci ildə fəaliyyətə başlayan Normandiya Formatında təmsil olunan ölkələr Ukrayna,Rusiya,Fransa və Almaniyadır.
Gördüyünüz kimi,ABŞ və İngiltərə hökuməti Normandiya Formatımda yoxdurlar.
O zaman ortaya belə bir sual çıxır:Vaşinqton və London Normandiya Formatında və Minsk-1 və Minsk-2 razılaşmalarında tərəf olmadıqlarına görəmi Rusiyaya qarşı daha "qətiyyətli"mövqe sərgiləyirlər?
Bəli,bu versiya mümkündür,ancaq Rusiya prezidenti Vladimir Putinin siyasəti bütövlükdə həm də kontinental Avropa üçün təhlükəlidir.
Bəzi analitiklər belə bir versiyanı irəli sürürlər ki,Almaniyanın Rusiyanın Ukrayna siyasətinə qarşı mövqeyi daha yumuşaqdır və Berlin "Şimal Axını-2"layihəsinə görə Kreml ilə körpüləri yandırmır.
Məlumdur ki,Avropa təbii qaz ehtiyacının 44%-ni Rusiyadan tədarük edir.Üstəlik,Avropanın Rusiyadan neft asılılıgı da 26%-dir.Deməli,Avropanın Rusiyadan enerji asılılıgı 70% olur.
Nəzərə alsaq ki,ABŞ və Britaniya Rusiyadan nə neft alır,nə də qaz.
İndi bizə aydın olur ki,ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı daha sərt siyasətinin səbəblərindən biri də məhz enerji sahəsində müstəqi olmalarıdır.
Əgər ABŞ Rusiyaya qarşı Avropadakı müttəfiqlərini səfərbər etmək istəyirsə,o halda qoca qitəyə alternativ enerji mənbəyi tapmalıdır.
Qətər Avropa üçün rus təbii qazına alternativ ola bilərmi?
Fevralın əvvəli Qətər şeyxi Əl Sani Ag Evdə ABŞ prezidenti Cozef Baydenlə görüşəcək.
Şübhəsiz ki,Bayden-Sani görüşündə müzakirə mövzularından biri Qətər təbii qazının Avropaya ixracı olacaq.
Ancaq bu niyyətin həyata keçməsi həm xeyli vaxt aparacaq,həm də rus qazı ilə müqayisədə daha bahalı olacaq.
Almaniya üçün rus qazı elə də bahalı deyil,eyni zamanda "Şimal Axını-2"layihəsi alman şirkətlərinə də pul qazandırır.
Yəni,Berlin adı çəkilən layihəni sertifikatlaşdırsa,distrübüter kimi başqa Avropa ölkələrinə də rus təbii qazını satıb pul qazanacaq.
Görünən odur ki,Avropanın əsas iqtisadi lokomativi olan Almaniya həm siyasi,həm də iqtisadi maraqlarını düşünərək Ukrayna siyasətini ABŞ və Britaniya ilə eyni istiqamətdə qurmaqda fayda görmür.
Lakin Ukrayna siyasətini ABŞ və Britaniya ilə uzlaşdırmayan başqa bir ölkə də Fransadır.Halbuki,Fransa hazırda rotasiya qaydasına uygun olaraq altı ay müddətində Avropa İttifaqına sədrlik edəcək.
Dogrudur,Fransa prezidenti Emanuel Makron bəyan edir ki,Rusiya Ukraynayı işgal edəcəyi təqdirdə Aİ bu ölkəyə qarşı agır iqtisadi sanksiyalar paketini tətbiq edəcək.Ancaq E.Makronun Rusiyaya qarşı cari Ukrayna siyasəti London və Vaşinqtonu qane etmir.
Makronun bu dəqiqə əsas diqqəti Fransada apreldə keçiriləcək seçkilərə yönəlib.Fransadakı seçkilərdə Rusiyayönümlü namizədlər var.
Bundan əlavə,Fransanın ənənəvi anti-Anqlosaks siyasətini(De Qoll-Mitteran xətti) də unutmayaq.
NATO və Rusiya arasında hər hansı eskalasiya baş verəcəyi təqdirdə konfliktə daxil olmayacaq ölkələr sırasında Xorvatiya,Bolqarıstan və Macarıstan da var.
Hərçənd,1991-1995-ci illərdə xorvatlar Yuqoslaviyaya qarşı müstəqillik mübarizəsi aparanda onların yanında ABŞ vardı.Ancaq Xorvatiyanın Almaniyadan maliyyə və başqa asılılıqları var.
Bolqarıstana gəldikdə isə,bu ölkənin baş naziri Kiril Petrov da deyir ki,ölkəsi Rusiyaya qarşı müharibə olacagı təqdirdə iştirak etməyəcək.
Hətta Bolqarıstan deyir ki,NATO bu ölkənin ərazisində əlavə hərbi kontingent yerləşdirmək istəyirsə,bu,ABŞ yox,Fransa əsgərləri olsun.
Macarıstan isə Ukraynanın Zakarpatiya regionundakı etnik macara görə Ukraynanın NATO üzvlüyünü blok edəcəyini uzun müddətdir bəyan edir.
Göründüyü ki,NATO-nun Rusiya siyasətində konsolodasiyadan daha çox "çat"var.
Açıgı,mən Avstriyanın da Rusiyaya qarşı cəbhə alacagını güman edirəm.
Bütün bu və ya başqa səbəblər V.Putinin aqressiyasını artırır.
Dogrudur,NATO "açıq qapı"(open door)siyasətini davam etdirəcəyini deyir,ancaq bunun asan olmayacagı qənaətindəyəm.
Mümkündür ki,NATO yaxın gələcəkdə İsveç və Finlandiyanı aliyansa daxil edərək üzvlərinin sayını 32-yə çatdırsın.
Ancaq bu,NATO-nun şərqə dogru deyil,şimala dogru genişlənməsi olacaq.Belə olacagı təqdirdə,Rusiyanın bu prosesdən indilik karlı çıxacagını düşünə bilərik.
Kamal Aliyev, politploq