azia.az
azia.az

http://sozazadligi.org/images/xeber_sekilleri/24may2016/-01aparat.jpg

4-10-2016, 10:33

http://sozazadligi.org/images/xeber_sekilleri/24may2016/-01aparat.jpg
Fəzail Ağamalı: “Həmin şəxslərin adını da, soyadlarını da görəcəyik”

Bəxtiyar Sadıqov: “Cənab prezident onları tanıyır”

Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişiklər mərhələsi artıq geridə qaldı. Sentyabrın 26-də keçirilən referendumdan sonra əsas gündəmdə olan məsələ birinci vitse-prezident və vitse-prezidentlərin kimlərin olacağıdır.

Referendum hüquqi qüvvəyə minəndən sonra bu postlara da ölkə başçısı tərəfindən təyinatlar olacaq. İndidən təyinat ciddi maraq doğurur. Amma hələ də kimlərin bu vəzifələrə təyinat alacaqları müəmmalıdır. Çünki heç bir ismin adı hallanmır. Yalnız ara-sıra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adı hallanır. Sürpriz isimlərin olacağı istisna olunmur.

İqtidaryönlü deputat Fəzail Ağamalı birinci vitse-prezident və vitse-prezidentlər barədə konkret isimlərin adını çəkə bilməyəcəyini qeyd etdi: “Bu barədə bir müddət əvvəl fikirlərimi demişəm. Mətbuatın ünvanlandığı suallara gözləntilər baxımından fikirlərimi ifadə etmişəm. İndi o sualı konkretləşdirdiyiniz üçün konkret cavab verə bilməyəcəm. Mənim üçün əsas olan yaradılacaq institutların mənə və Azərbaycan vətəndaşlarına verəcəyi töhfələrdir. Bir daha deyirəm ki, vitse-prezidentlik institutu Azərbaycanda idarəçilik sistemin təkminləşdirilməsinə xidmət edən çox ciddi addımdır. Bu ölkə prezidentinin birbaşa təşəbbüsü ilə konstitusiya aktına vermiş olan dəyişiklikdir. Əminəm ki, bu dəyişiklik Azərbaycan dövlətçiliyinin inkişafında xüsusi bir mərhələni təşkil edəcək. Kimlərin vitse-prezidentlik postunu tutmaq üçün ölkə başçısının etimadını qazanacağını, hansı şəxslərin bu vəzifələrə təyin ediləcəyini görəcəyik. Düşünürəm ki, ölkə prezidentinin komandasında bu postları tutmaq üçün kifayət qədər şəxslər var. Bu məsələlər cənab prezidentin səlahiyyətindədir. Tələsməsək, yaxın gələcəkdə biz həmin şəxslərin adını biləcəyik”.

“Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov yeni yaradılacaq institutların islahatlar dövrü üçün zəruri olduğunu bildirdi: “Nəzərə alaq ki, ölkə başçısı çox gərgin fəaliyyət göstərir. Həm siyasi, həm iqtisadi, həm də beynəlxalq aləmdəki forumlarda iştirak edir. Eyni zamanda, regionlara səfər edir. Dövlət başçısı üçün bunlar həddindən artıq ağır yükdür. Xoşbəxtlikdən prezidentimiz cavandır, enerjilidir, bunun üçün də vəzifəsinin öhdəsindən çox uğurla gəlir. Amma elə tədbirlər, dövlətlərarası müqavilələr var ki, kiməsə bunu həvalə etmək olar. Düşünürəm ki, bu məsələlər vitse-prezidentlərə həvalə olunacaq. Artıq islahatlar başlayıb. Bu islahatlara nəzarət etmək, ölkə başçısını bununla bağlı məlumatlandırmaq çox güman ki, vitse-prezidentlərin işi olacaq. Göründüyü kimi, bu postların sahiblərini çox məsul işlər, tapşırıqlar gözləyir. Hesab edirəm ki, bu şəxslər kifayət qədər savadlı, təcrübəli, prezidentin islahatlarını dərindən anlayan şəxslər olacaqlar. Belə kadrlar Azərbaycanda var. İnanıram ki, cənab prezident onları tanıyır. Layiqli kadrlara bu vəzifələr həvalə olunacaq. Onlar da şərəflə ölkə başçısının tapşırıqlarını yerinə yetirəcəklər”.(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi