azia.az
azia.az

İrəvan imkanlarını əldən verib, Bakı isə... - Rusiya mətbuatı

18-11-2021, 17:46

İrəvan imkanlarını əldən verib, Bakı isə... - Rusiya mətbuatı
“Əvvəllər ekspert dairələrində İrəvan ölkə ətrafında sürətlə dəyişən geosiyasi reallığı nəzərə alaraq buna uyğun adekvat xarici siyasət yürüdəcək. Belə düşüncələr mövcud idi ki, Paşinyan və komandası Rusiya-Ermənistan münasibətlərinə yenidən baxmağa başlayıb. Amma sonradan xarici siyasətdə Avropayönlü və Atlantik vektorlar görünməyə başlandı".

Azia.az xəbər verir ki, bu fikirlər Rusiyanın “Regnum” mətbu orqanında dərc olunan “Пашинян ведет арьергардные бои” (Paşinyan arxa cəbhə döyüşlərinə rəhbərlik edir” məqaləsində öz əksini tapıb.

Sitat: "Bakı isə vəziyyəti dəyərləndirərək tez bir zamanda Rusiya ilə öz resursundan lazımi vaxtda öz maraqlarına uyğun istifadə etmək istiqamətində münasibətlərini inkişaf etdirdi. Ermənistana gəlincə, o, Qərbdən yalnız şifahi reaksiyalar aldı ki, bu da İkinci Qarabağ müharibəsi zamanı özünü açıq şəkildə büruzə verdi.

Qarabağ məsələsinə gəlincə, bu istiqamətdə də İrəvan problemi daha sərfəli şərtlərlə siyasi və diplomatik yollarla həll etmək üçün bütün əvvəlki resurs və imkanlarını əldən verib”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi