azia.az
azia.az

Həyəcan təbili: İran etiraf etdi - Çətin vəziyyətə düşmüşük

18-10-2021, 12:50

Həyəcan təbili: İran etiraf etdi - Çətin vəziyyətə düşmüşük
İranda ciddi ərzaq böhranı yaşanır.

Azia.az İran mənbələrinə istinadən xəbər verir ki, Sistan, Bəlucistan, Cənubi Xorasan, Buşehr, Kerman daha 3 vilayət daxil olmaqla ümumilikdə 8 əyalətdə ərzaq çatışmazlığı yaranıb. Bunu rəsmi dairələr də təsdiq edir.
Səhiyyə Nazirliyi məsələ ilə bağlı xəbərdarlıq edib. Bildirilir ki, digər vilayətlərdə də oxşar hal yaşansa da, 8 bölgədə vəziyyət daha çətindir. Açıqlamaya görə, ərzaq böhranın yaranmasında pandemiya, qiymət artımı və inflyasiya rol oynayıb. Bildirilir ki, çətinliyin aradan qalxması üçün bəzi addımlar atılsa da, nəticə əldə etmək mümkün olmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi