azia.az
azia.az

Ərzaq kartofuna dair yeni dövlət standartı təsdiq edilib

24-09-2021, 14:59



Ərzaq kartofuna dair yeni dövlət standartı təsdiq edilib
Ərzaq kartofunun istehsal və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğun tənzimlənməsini təmin etmək məqsədiləAZS 901-2021 “Ərzaq kartofu. Texniki şərtlər” dövlət standartıqəbul edilib.
Standart Tərəvəz toxum - əkin materiallarının, yetişdirilmiş məhsulların istehsalının, emalının, saxlanmasının, daşınmasının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinintabeliyində olan“AzərbaycanStandartlaşdırma İnstitutu”publik hüquqi şəxs tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Beynəlxalq standartlara və yerli şəraitə uyğun aparılmış elmi tədqiqat işlərinin nəticələrinə əsaslanaraq qəbul edilən yeni dövlət standartının müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq elmi tədqiqat institutlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi