azia.az
azia.az

Britaniya supermarketlərində rəflər boşalıb: Ölkə sakinləri ərzaq ehtiyaclarını təmin edə bilmir

12-10-2021, 08:49

Britaniya supermarketlərində rəflər boşalıb: Ölkə sakinləri ərzaq ehtiyaclarını təmin edə bilmir
Britaniya supermarketlərində ərzaq məhsulları tükənib. Buna ölkədəki tədarük böhranı fonunda sakinlərin ərzaq ehtiyatı toplamaq üçün ehtiyacından qat-qat artıq məhsul alması səbəb olub.
Yerli statistika xidmətindən verilən məlumata görə, son 10 gün ərzində krallığın hər altı vətəndaşından biri gündəlik ərzaq ehtiyacını təmin edə bilməyib.
Qeyd edək ki, Avropa İttifaqından ayrıldıqdan sonra Britaniyada yük avtomobilləri sürücüləri çatışmır. Bu isə krallıqda tədarük böhranı ilə nəticələnib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi