’"Araz çayı kənarına toplanan 21-ci Təbriz piyada qüvvələri...’" -Zahid Orucdan İranla bağlı SENSASİON ÇIXIŞ
"Dünən informasiya vasitələrində yayılan xəbər-ordumuzun Zəngilan torpaqlarını azad edərkən İran hərbi qüvvələrinin Araz sərhəddini keçərək ərazimizə daxil olması, düşmənə toparlanmaq və vaxt qazandırmaq cəhdi Ali Baş Komandan İlham Əliyevin qələbə naminə yüksək hərbi-siyasi peşəkarlığını və ötən bir ildə səbrini nümayiş etdirdiyi halda, son aylar din adamları, generalları və nəhayət, yeni İran prezidentinin komanda üzvlərinin Azərbaycana qarşı hücumları 44 günlük Vətən müharibəsindəki cinayətkar əməlləri gizlətmək məqsədi güddüyünü göstərir. Dövlətimizin iradəsi ilə torpaqlarımızı tərk edən İran silahlı qüvvələrinin Azərbaycana qarşı “ikinci cəbhə” açması təkcə İrəvanı məğlubiyyətdən xilas etmədi.Deməli, Qələbəmizin miqyası daha böyükdür!
30 illik işğal sayəsində heç bir qoruyucu qüvvə və ayrıcı xətt olmadığı üçün İran özünü Qarabağla sərhəd, hətta onu özünün bir parçası kimi görməyə başlamışdı".
"Ölkə.Az" xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında çıxış edərkən deyib.
Komitə sədrinin sözlərinə görə, indi bizim 130 km-dən artıq cənub sərhəddini azad etməyimizin əhəmiyyətini hər kəs yaxşı başa düşür-Azərbaycan Qarabağı təkcə bir dövlətdən geri almayıb.
"İranın Ali Dini liderinin “təhlükəsizliyini başqa qüvvələrə tapşıranlar şillə alacaqlar” sözləri daha çox Ermənistana aiddir, çünki Tehran və İrəvan bir siyasi mərkəzdə birləşəndə həqiqətən də ermənilərə təhlükə artacaq. Axı dünyada İranın düşmənləri ermənilərdən xeyli çoxdur.
İndi xalqımız, eləcə də uzun sürən müharibələrdən yorulan bir qism ermənilər də analyır ki, Ermənistanın öz iradəsinə qalanda bir gün içərisində Türkiyə və Azərbaycanla “sülh müqaviləsi” imzalamağa, regionda bütün kommunikasiyaları açmağa hazır ola bilər, lakin onu düşmən tərəfi kimi saxlamaqda maraqlı olan dövlətlər İrəvana bu imkanı vermək fikrində deyillər.Ümidvarıq ki, regionda sülh və açılım İranın Ermənistan üçün yeganə nəfəslik və yol olmasına qon qoyacaq, Qafqazda işğal və düşmənçilik erasını başa çatdıracaq.
Xüsusi vurğulayaq ki, İsrail dövləti və xalqının Azərbycanın hərbi qələbəsinə mənəvi-siyasi yardımı əslində islamın təməl prinsiplərinə daha uyğundur.Çünki din tarixindən məlumdur ki, Peyğəmbər əleyhissəlam yəhudi qəbilələrinin Mədinə müqaviləsini pozan Bəni-Qureyza kəsimi ilə müharibə etdiyi halda, Bəni-Nadir qəbiləsi ilə sülhü davam etdirib və beləliklə, eyni dini etiqadı bölüşməyənlərin hamısını düşmən sayıb vuruşmağa çağırmayıb. Göründüyü kimi, İranın Araz çayı ətrafında “İsrail ordusu əleyhinə qoşun cəmləşdirməsi” din və əqidə ilə bağlı deyil, Azərbaycana və onun tarixi qələbəsinə qarşıdır.Lakin hərbi təlimlər nə ictimiayyətdə qorxu dogurdu, nə ordumuzun döyüş əzmini azaltdı, nə də dövləti öz siyasi xəttindən geri çəkindirdi"-o qeyd edib.
Deputat əlavə edib ki, İran siyasi-hərbi rəhbərliyi keçirilən təlimə “Xeybərin fəthi” adını verib: "Peyğəmbər əleyhissəlamın din yolunda apardığı mübarizənin mahiyyətini təhrif edərək Araz çayının kənarına toplaşan 21-ci Təbriz piyada qüvvələri, İslam keşikçilərinin 31-ci Aşura batalyonu və yaxud 700 km-də hədəfləri vuran Fateh-313 və Zülfüqar raketlərini(adlara xüsusi diqqət edin) daşıyan 65-ci hava-desant briqadasının məqsədlərini 1500 il bundan əvvəl aparılan savaş arasında bərabərlik işarəsi qoymaq islam müqddəsliyinə ziddir. Axı Azərbaycanın Qarabağ savaşındakı qələbəsi Quranın təməl prinpilərinə daha çox uyğundur” Halbuki Xudafərində keçirilən döyüş təlimləri Allah yolunda sayıla bilməz-çünki öz din, dil, və tarixən bir olan qardaşlarına qarşı yönəlib. Əvəzində İsrail daha çox islam prinsiplərinə-haqsızlıqla barışmamaqla bağlı müqəddəs ayələrə və “ədalətsizlik döyüş” surələrinə əməl edərək Azəbaycan dövlətinin yanında olub.
Ötən 30 ildə hətta Ermənistanın belə ölkəmizi terror qrupları yaratmaqda, yaxud əlaqədə ittiham edə bilmədiyi halda Həması, Hüzbullahı və Haşdi Şaabi, yaxud yüzlərlərlə din bayraqlı ideoloji qrupların əli ilə öz dövlət maraqlarını həyata keçirənləri dünyada hamı yaxşı tanıyır.
Elə buradaca qeyd edək ki, münaqişənin tarixi hazırki siyasətin səbəblərini daha yaxşı başa düşməyə imkan verir.Əslində Qarabağın işğalı Azərbaycana qarşı təkcə siyasi təzyiq vasitəsi deyil, həm də bir neçə dövlətln dini, siyasi, iqtisadi və maliyə-bank sektorunun, iri şirkətlərin ofşor zonasına çevirdiyi məkandan o cümlədən İranın da qanunsuz fəaliyyət imkanı demək idi.Amerika və Avropa Bilriyinin embarqolarından qaçmaq üçün İranın 25-dən artıq bankı, 400 dən çox şirkəti Xankəndi üzərindən xarici nəzarətdən yayınaraq, gizli şəbəkələri vasitəsilə on illər ərzində bir neçə milyardlıq maliyyə əməliyyatları aparıblar.İndi Qarabağ və ətraf ərazilərin yeraltı və yerüstü sərvətlərinin böyük əksəriyyəti İran şirkətlərinin əlindən çıxıb.Vətən müharibəsində Qələbədən sonra Azərbaycan həm də bir çox dövlətlərin, o cümlədən İranın şirkətlərinin milyard dollara çatan ofşor fəaliyyətlərinə zərbə vurub.Son aylar Arazın o tərəfindən gələn hədə və çağırışlar dövlət mənafeyi, İran xalqının təhlükəsizliyi və gələcəyi ilə bağlı deyil, dövlət və hökumət adamlarının külli miqdarda gəlirlərinin əllərindən çıxmasına görədir".