azia.az
azia.az

ABŞ və Rusiyanın gizli qaz sövdələşməsi: Avropa razı deyil

Bu gün, 13:35

ABŞ Rusiya qazının Avropaya ixracını bərpa etmək istəyir.

Sfera.az xəbər verir ki, belə bir iddia ilə “The Wall Street Journal”ın (WSJ) çıxış edib.


Jurnalda ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən dərc edilən bir məqaləyə görə, bu ideya sentyabr ayında Moskva və Kiyevə edilən səfərlər zamanı ABŞ təmsilçiləri Cared Kuşner (Jared Kushner) və Stiv Vitkoff (Steve Witkoff) tərəfindən gündəmə gətirilib. Plan Avropadakı məhdudiyyətlərdən yan keçmək üçün Rusiya qazının ABŞ-dən olan bir vasitəçi şirkət üzərindən satılmasını nəzərdə tutur.

WSJ-nin məlumatına görə, Ukrayna ABŞ Prezidenti Donald Trampın təzyiqi ilə Rusiya neft emalı zavodlarına yönəlmiş hücumlarını birtərəfli qaydada dayandırdıqdan sonra, bu təklif ötən ay təxirə salınmışdı. Lakin Kiyev o vaxtdan bəri hücumlarını yenidən bərpa edib.

ABŞ-Ukrayna münasibətləri ötən ay Trampın Prezident Vladimir Putinlə əldə etdiyi razılaşmadan sonra ən aşağı səviyyəyə enib. Həmin razılaşmaya əsasən, Vaşinqton qlobal bazarda artan qiymətlərin qarşısını almaq məqsədilə Moskvaya məhdud miqdarda dizel yanacağı tədarük etmək icazəsi verəcək, bunun müqabilində isə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən çəkinəcəkdi.

Ağ Evin bu təşəbbüsü Avropa İttifaqının gələn il Rusiya qazının idxalını mərhələli şəkildə tamamilə dayandırmağa hazırlaşdığı bir vaxtda ortaya çıxıb. Yaxın Şərqdəki münaqişələrin də təsiri ilə Avropada qazın qiyməti demək olar ki, son dörd ilin ən yüksək səviyyəsinə çatıb.

Ukrayna ərazisindən keçən boru kəmərləri saz vəziyyətdədir və ABŞ-nin planı reallaşarsa, qaz axını sürətlə bərpa oluna bilər. Rusiyanın Ukrayna vasitəsilə Avropaya etdiyi ixracat, iki ölkə arasındakı tranzit müqaviləsinin 2024-cü ilin sonunda başa çatması və Kiyevin bu müqaviləni yeniləməkdən imtina etməsi səbəbindən dayandırılmışdı.

Vasif


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi