Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur? - Nazir müavini
"Dövlət ümumi təhsil müəssisələri üçün müəyyən edilmiş vahid geyim qaydaları dövlət ümumi təhsil müəssisələrini əhatə edir. Bununla belə, özəl ümumi təhsil müəssisələri də öz Nizamnamələrinə uyğun olaraq özləri üçün müvafiq geyim qaydalarını müəyyən edə bilərlər".
Xəbər verilir ki, bunu APA-ya müsahibəsində Elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.